Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Manşet / “SOCAR”-ın “sosial rifah” tədbirləri: Anar Əlizadə ərəb şeyxlərini necə utandırıb?

“SOCAR”-ın “sosial rifah” tədbirləri: Anar Əlizadə ərəb şeyxlərini necə utandırıb?

Ötən yazımızda qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 4-də müşavirədə dövlət şirkətlərinin, xüsusilə də SOCAR-ın fəaliyyətini sərt tənqid etmişdi. Ölkə başçısı bildirmişdi ki, hələ də “sosialist iqtisadiyyatı” təfəkküründən ayrıla bilməyən dövlət şirkətləri, o cümlədən SOCAR “öyrəşib ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq”. Bu anlayış nəticəsində hər il milyardlarla manat kredit və subsidiyaların göyə sovrulduğu şirkətlərin, o cümlədən SOCAR-ın büdcəyə qazandırdıqları isə aldıqlarıyla müqayisədə xeyli aşağı səviyyədə olub.

Prezident onu da vurğulayıb ki, SOCAR-ın hətta infrastruktur layihələri belə dövlət büdcəsi hesabına həyata keçirilib. Nəticədə hazıra nazir olan şirkət neft və qaz yataqlarının istismarından əldə etdiyi gəlirlə də kifayətlənməyib, müxtəlif maliyyə mənbələrindən kreditlər götürərək Azərbaycanı borca salıb. Hazırda bu şirkətin 12 milyard manatdan artıq borc öhdəlikləri var və bu, dövlət tərəfindən ödənilməlidir. Yəni SOCAR təkcə ümummilli sərvətimizin ona çatan hissəsini həzmi-rabedən keçirməklə qalmayıb, həm də özəl sektorun büdcəyə yatırdıqları vergilər belə, onun yaratdığı borcların qapanmasına sərf olunmalıdır.

Maraqlıdır ki, ölkə başçısının bu ittihamları SOCAR tərəfindən birmənalı qarşılanmayıb. Şirkət üzdə guya Prezidentin fikirlərini təsdiqləsə də, əslində Azərbaycan iqtisadiyyatının pul yeyən “qara dəliyinə” çevrilməsinin əsl səbəbini başqa amillərlə əsaslandırıb. Dolayısıyla, öz aləmində guya Prezidentin səhvini düzəldib. SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovun BBC News Azərbaycancaya verdiyi yazılı açıqlamaya görə, sən demə, SOCAR-ın bu acınacaqlı vəziyyətə düşməsinin günahı ona rentabelsiz layihələrin yüklənməsi imiş: “Dövlətin SOCAR-a verdiyi dəstək əsasən bəzi şirkət üçün rentabel olmayan layihələrdə olub, bu da həmin layihələrin sosial əhəmiyyəti ilə bağlıdır. Ölkədə qüvvədə olan satış tariflərini aşağı səviyyədə saxlamaq və bununla əhalinin sosial rifah halını təmin etmək üçün dövlət qaz təchizatı kimi bəzi layihələrdə Dövlət Neft Şirkətinə mütəmadi dəstək verib”. 

SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov
Başqa sözlə, İbrahim Əhmədov demək istəyib ki, həmin rentabelsiz layihələr olmasaymış, SOCAR əldə etdiyi gəlirlərlə özü-özünü, yəni Rövnəq Abdullayevin qohum-əqrəba klubunu dolandıra bilərmiş. Bəs nəymiş İbrahim Əhmədovu BBC-yə gileylənməyə vadar edən bu lahiyələr? Mətbuat katibinin qəliz cümlələrindən anlaşıldığına görə, əhalinin sosial rihafına yönələn xərclər: guya SOCAR karbohidrogen ehtiyatlarımızdan qazandığı və bundan əlavə müxtəlif maliyyə mənbələrindən hər il götürdüyü milyardlarla manatlıq vəsaitləri əhalinin sosial rihafının yüksəldilməsinə xərcləyib. Farslar demiş, xeyli xub. 

O zaman başqa sual meydana gəlir: SOCAR-ın məntiqinə görə, “əhalinin sosial rifahı” nə deməkdir? Axı biz bu illər ərzində şirkətin qoçularının müxtəlif ərazilərdə özünə koma tikən binəva Qarabağ əlillərinə, hətta şəhid ailələrinə yaşatdığı zülmün, min bir əzab-əziyyətlə ərsəyə gətirdikləri damları başlarına uçurtduqlarının dəfələrlə şahidi olmuşuq. Bəlkə cənab İbrahim Əhmədov Azərbaycan xalqının qanına susamış ermənilərin siyasi qərarlarının çıxarıldığı kilsələrinin qazla təmin olunmasını “sosial rifah” tədbirlərinə daxil edir? Yoxsa o, “sosial rifah” deyəndə SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad bəyin İspaniyanın İbiza plyajında oğurlatdığı dəyəri 1.2 milyon olan saatını nəzərdə tutur?

SOCAR-ın sosial rifah tədbirləri

Təkcə bumu? Əlbəttə, xeyir. SOCAR prezidentinin qohum-əqrəba klubuna çevirdiyi Dövlət Neft Şirkətinin “sosial xərcləri” təkcə bununla kifayətlənsəydi, 1.2 milyonluq həmin saat ümumiyyətlə gözə görsənməzdi. Rövnəq müəllimin oğlunun oğurlatdığı saat öz dayısı oğlu Anar Əlizadənin “sosial rifahına” ayırdığı diqqətin yanında dəvədə qulağa bənzəyir.

İngiltərənin Global Witness təşkilatı tərəfindən hazırlanan “Anonim Azərbaycan” adlı hesabatında bildirildiyinə görə, Rövnəq Abdullayev dayısı oğlunu milyarderə çevirmək üçün elə çoxkombinasiyalı “sosial rifah” tədbirlərinə əl atıb ki, bu mexanizm dünyanın ən böyük “dahilərini” (başqa söz yazmaqdan özümü zorla saxlayıram, “ağlına gəlmədi”, – deməyin) belə, mat-məəttəl qoyardı. Məsələn, “özündən özünə mal satmaq” istedadı kimi. Yəqin ki, bu alış-veriş fəlsəfəsi sizi də təəccübləndirdi. Elədirsə, gəlin, “Global Witness”-in “Anonim Azərbaycan” adlı hesabatı əsasında yazılan və bir qismi ötən buraxılışımızda dərc olunan məqalənin ardını oxuyaq. Ümidvaram ki, siz də bu məqaləni tam oxuduqdan sonra SOCAR-ın mətbuat katibinin bəhs etdiyi “sosial rifah” tədbirlərinin əsl mahiyyətini anlayacaqsınız.

(Əvvəli bu linkdə: “SOCAR – Azərbaycan iqtisadiyyatının “qara dəliyi” və ya “bavul tüccarı” Anar neft maqnatına necə çevrildi?”)

SOCAR-dan SOCAR-a neft satan şirkət

2011-ci ilin iyunundan etibarən SOCAR nefti satmaqda vasitəçi olmaq üçün başqa ortaqlıq yaradır.

SOCAR International DMCC şirkəti 2011-ci ilin iyununda BƏƏ-də qeydiyyatdan keçib. SOCAR-ın həmin şirkət
dəki ortaqlarının adı bəlli deyil. Amma o bəllidir ki, SOCAR İnternational DMCC şirkəti də nefti öz növbəsində Supra Holding vasitəsilə bazara çıxarırmış.

2011-ci ildə SOCAR International DMCC Supra Holdinqə 1,68 milyar dollarlıq, 2012-ci ildə isə 5,77 milyard dollarlıq neft satıb. Bu iki il ərzində artıq tam olaraq SOCAR-ın mülkiyyətinə keçən SUPRAilə nefti istehsal edən SOCAR arasında vasitəçilikdən SOCAR İnternational DMCC 66 milyon dollar təmiz gəlir götürübBu gəlir SOCAR-ın öz neftinin özünə satılmasından əldə edilib.

SOCAR Trading SA Anar Əliyevin SOCAR-la ümumi biznesinin yalnız bir elementidir.

Anar Əliyevə məxsus Heritage General Trading FZO şirkəti SOCAR-la ən azı beş Birgə Müəssisədə ortaqdır. Bu cədvəldəki ortaqlıqlar və paylar barədə məlumat SOCAR-ın internet səhifəsindən götürülüb:

Birgə Müəssisənin adı Heritage General Trading FZO SOCAR Digər payçılar Fəaliyyət dairəsi

“AzTurqaz” BM 50.00% 50.00% Maye qazın hasilatı, emalı; Qaz emalı zavodunun tikintisi; Maye qazın satışı, avtosisternlərin, qaz balonlarının təmiri və satışı

Caspian Drilling Company 7.56% 92.44% • üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara xidmətlərin göstərilməsi

• Dəniz neft-qaz quyularının qazılması və təmirinin bütün mərhələlərində iştirak,

• “İstiqlal”, “Dədə Qorqud” qazma qurğuları ilə quyuların qazılması və onların təmiri

SOCAR Georgia Investments Ltd 24.00% 51.00% 24.00% Gürcüstanda azot gübrələrin istehsalı üçün zavodun tikintisi və istismarı layihəsinin icrası və digər xidmətlər

Supra Holding Limited (2012-ci ilədək). Bu şirkət vasitəsilə ortaqlar İsveçrədə qeydiyyatdan keçmiş SOCAR Trading SA və SOCAR Black Sea SA şirkətlərinə sahiblik edir. 40.00% 50.00% 10.00% Nizamnamə kapitalı 5 milyon ABŞ dolları. Fəaliyyət dairəsi: neft və neft məhsullarının satışı, müxtəlif növ əmlak, qiymətli kağızlar və başqa aktivlərin alqı-satqısı.

Socar Gas Supply LTD 16.70% 50.00% 33.30% Təbii qazın idxalı və ixracı

Global WItnessin araşdırmasında Heritage General Trading FZO ilə SOCAR-ın ümumi biznesinin daha geniş olduğu göstərilir.

Global Witness ümumiyyətlə, Anar Əliyevin direktor, yaxud təsisçi olaraq adının keçdiyi şirkətlərin SOCAR-la ən azı 48 sövdələşmədə tərəfdaş olduğunu bildirir.

Bunların arasında neft yataqlarının işlənməsi üzrə pay bölgüsü sazişlərindən tutmuş, neftdən çirklənmiş ərazilərin təmizlənməsinə qədər birgə müəssisələr və alyanslar var.

  
Anar Əliyevin şirkətlər şəbəkəsi

Heritage General FZO Anar Əliyevin SOCAR-dan yararlanan sadəcə bir şirkətidir.

Anar Əliyevin adı həm də Azərbaycanda qeydiyyatdan keçmiş ən azı dörd şirkətdə yer alır (mənbə: AR Vergilər Nazirliyinin məlumat bazası):

Şirkətin adı Qanuni təmsilçi Təsisçi

Burj Baku İnşaat MMC (Nizamnamə kapitalı 10 manat)
Qeydiyyat tarixi: 4 Fevral 2008 Əliyev Anar Nüsrət oğlu Əliyev Anar Nüsrət oğlu

Finans Group MMC
(Nizamnamə kapitalı 1000 manat)
Qeydiyyat tarixi: 29 iyun 2011 Həsrətli Elçin Bəhərçin oğlu Əliyev Anar Nüsrət oğlu

Favorit-A MMC
(Nizamnamə kapitalı 1000 manat)
Qeydiyyat tarixi: 30 iyun 2011 Həsrətli Elçin Bəhərçin oğlu
“Caspian Catering Service” MMC
Nizamnamə kapitalı: 10 manat;
Qeydiyyat tarixi: 13 May 2008 Əliyev Anar Nüsrət oğlu Trans Marine United Corp. (Panama Respublikası) – 100 Faiz

Caspian Catering Service MMC-nin internet səhifəsindən öyrənirik ki, SOCAR-ın quruda və suda olan gəmilərinin əməliyyat müəssisələrinin yeməkdən tutmuş, yataq dəstlərinə qədər təchizatını, hətta zərərverici həşəratlardan təmizlənməsini də bu şirkət həyata keçirir.


Bu təchizatçıya verilən sifarişlər barədə Satınalmalar üzrə Dövlət Agentliyinin məlumat bazasında heç bir məlumat yoxdur. Bu sifarişlərin verilməsi zamanı tenderlərin keçirilib keçirilmədiyi bəlli deyil.

Təchizatçı şirkətin sahibi – Panamada qeydiyyatdan keçən Trans Marine United Corporation şirkəti SOCAR-la başqa ortaqlıqlarda da yer alır.

Bu şirkətin arxasında duran adlar bəlli deyil, çünki Panama dövlət reyestrindən əldə edilən sənədlərdə təsisçi kimi göstərilən şirkət – Thalassa Marşal adalarında qeydiyyatdan keçib və təsis məlumatlarında əsl sahibləri gizlədilib.

Nəhayət əsas suala keçirik:

KİMDİR ANAR ƏLİYEV?



Anar Əliyevin SOCAR-la böyük layihələrə imza atan şirkətlər qurmazdan əvvəlki keçmişinə dair çox az rəsmi məlumat var. Heritage General Trading FZO şirkəti qurularkən təqdim etdiyi pasportda onun Naxçıvanda doğumlu olduğu göstərilir.

Naxçıvanda həqiqətən təvəllüdü və adı uyğun olan Əliyev Anar Nüsrət oğlu 2010-cu ildə seçici siyahısında qeydiyyatda olub. Sonralar onun qeydiyyat ünvanı Bakı şəhərinin Nərimanov rayonuna dəyişilib.

Global Witness-in əldə etdiyi sənədlərdə Anar Əliyevin pasportunun surəti də var. Bu foto da həmin surətdən götürülüb.

SOCAR-dakı mənbələr Anar Əliyevin əvvəllər Rövnəq Abdullayevin təhlükəsizlik xidmətində çalışdığını, onun qardaşı Bədəl Əliyevin isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer olduğunu bildirirlər.

SOCAR-dan bu məlumatları rəsmən dəqiqləşdirmək mümkün olmayıb. SOCAR kadrlar şöbəsindən Bədəl Əliyevin orada çalışması ilə bağlı suallara cavab ala bilməmişik.

10 MİN DOLLARLIQ HOTEL HESABI

Global Witness də öz araşdırmasında Anar Əliyevin kimliyini sual edir. Hər halda altı il ərzində Dövlət Neft Şirkətinin əsas tərəfdaşı olan bu əhəmiyyətli şəxsin kimliyinin ictimaiyyətə məlum olmaması anti-korrupsiya təşkilatının da suallarına səbəb olub.

Global Witness Anar Əliyevin adının həm də bir neçə il əvvəl hakerlər vasitəsilə əldə olunmuş sənədlərdə keçdiyini göstərir.

Bu sənədlərdən biri Sumato Energy Servicess SAşirkətinin baş meneceri Mətin Talışlı tərəfindən ödənən hotel qaiməsidir. Anar Əliyevin qaldığı iki gün üçün cənab Talışlı hotelə 10 min dollardan artıq hesab ödəyib. (Heç ərəb şeyxlərinin belə bir günlük hotel məsrəfləri 5 min dollar etmir – Ovqat.com)

AĞ ŞƏHƏR LAYİHƏSİNDƏ PAY

Anar Əliyevin biznesi neftlə kifayətlənmir. Global Witness Anar Əliyevlə bağlı şirkətlərin çoxmilyardlı Bakı Ağ Şəhər layihəsində də yer adığını göstərir. Onun sahibi olduğu UGE şirkəti Ağ Şəhər layihəsində 99 faiz paya sahibdir.

Anar Əliyevin yuxarıda adı keçən şirkətlərdə öz maraqlarınımı, yaxud başqa, nüfuzlu, adı bəlli olmayan şəxsin maraqlarınımı təmsil etdiyi (Görünür, Rövnəq Abdullayev nəzərdə tutulur – Ovqat.com) bəlli deyil. Bəlli olan budur ki, Azərbaycan dövlətinə məxsus Neft Şirkətinin xalqa məxsus pulları və imkanları şəxsi ciblərə axıtıdılıb.



Öz hesabatında Britaniya təşkilatı SOCAR-ın əməliyyatlarının şəffaf olmadığını qeyd edir. 

Global Witness-in sorğularına yazdığı cavabda SOCAR öz fəaliyyətini milli qanunvericiliyə, beynəlxalq şirkətlərin təcrübəsinə uyğun həyata keçirdiyini qeyd edib, amma konkret suallara cavab verməyib. 

Ovqat.com

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …