Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Manşet / Abşeron rayonunun baş memari icra başçısının hiyləsi və ssenarisi ilə həbs edilib – ŞOK İDDİA

Abşeron rayonunun baş memari icra başçısının hiyləsi və ssenarisi ilə həbs edilib – ŞOK İDDİA

Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova özünün yol verdiyi cinayətləri rayonun baş memarı Akif Əliyevin çiyninə yükləyərək, onu həbs etdirib.

Ovqat.com-a göndərilən məktubda belə deyilir.

Ruslan Əhmədov adlı şəxs tərəfindən yazılan məktubda iddia olunur ki, icra başçısı baş memarla “separat danışıqlara” gedib. İcra hakimiyyətində baş verən cinayətləri boynuna götürərsə, onu tez bir zamanda həbsdən azad etdirəcəyinə və məhbəsdə yatdığı müddətdə ailəsinə hər cür maddi yardımı göstərəcəyinə söz verən İradə Gülməmmədovanın indi verdiyi sözü unutduğu iddia olunur.

Qeyd edək ki, iyun ayının 22-də media orqanlarında prokurorluq orqanlarının Abşeron rayon İcra Hakimiyyətində yoxlamalar başladığı barədə məlumat yayılmış, daha sonra bu fakt İcra Hakimiyyəti tərəfindən yalanlanmışdı. İcra hakimiyyətinin rəsmi məlumatında deyilirdi: “Bir neçə kütləvi informasiya vasitəsində Abşeron Rayon İcra Hakimiyyətinin binasında əməliyyat axtarış tədbirləri həayta keçirilməsi və müavinlərin həbs olunması barədə məlumatlar dərc edilib. Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat ximəti olaraq bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Rayon İcra Hakimiyyətinin binasında əməliyyat həyata keçirilməyib və müavinlər həbs olunmayıb. Hazırda müavinlərin hər biri iş başındadır”.

Redaksiyamıza göndərilən məktubdan belə çıxır ki, əməliyyat həqiqətən də keçirilib və ortaya çıxarılan bütün cinayətlərin hesabı baş memara kəsilib. Daha doğrusu, baş memar özünü fəda edib. 

Hüquq mühafizə orqanları üçün maraqlı iddialar ehtiva etdiyini nəzərə alıb məktubu kiçik ixtisarla yayınlayır və qarşı tərəfin mövqeyini öyrənməyə hazır olduğumuzu bildiririk.

“…Bu ilin iyun ayında Abşeron rayon İcra Hakimiyyətində baş verənləri buna nümunə göstərmək olar. Daxil olmuş çoxsaylı məlumatlar əsasında Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların müraciətləri araşdırılarkən göstərilən faktların böyük əksəriyyəti öz təsdiqini tapmışdır. Məlum olmuşdur ki, Abşeron rayonunun İcra Başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən, bacısı oğlu Babək, yaxın qohumları Şamil, Cəfər rayonda baş alıb gedən rüşvətxorluğa, talançılığa rəvac verir, başçının pul yığanları kimi tanınırlar. 

Deyilənləri təsdiq etmək üçün onlarla insan müstəntiq tərəfindən qəbul edilmiş, onlar icra başçısının adları çəkilən qardaşının yaxın qohumlarının üzünə dirənməyə hazır olduqlarını bildirsələr də müstəntiq onları dindirməmiş, onlardan izahat alıb rəsmiləşdirməmişdir. İcra başçısı İradə Gülməmmədova vəziyyətin dramatik hal aldığını, özünün qardaşının və yaxın qohumlarının həbslə üz-üzə qaldığını görərək rayonun baş memarı Akif Əliyevlə xəlvəti görüş və separat danışıqlar aparmaq məcburiyyətində qalır. Başçı baş memardan təkidlə xahiş edir ki, əgər mən həbs edilsəm, sizlər də kütləvi şəkildə həbs olunacaqsınız. Lakin sən mənə qarşı irəli sürülən ittihamları öz öhdənə götürüb tutulsan, mən səni 10 gün müddətinə azadlığa çıxara bilərəm. 

Akif Əliyev başçının vədlərinə inanaraq əsl mərdlik, kişilik nümunəsi göstərrərək baş memarın səlahiyyətlərinə aid olmayan bir çox qanunazidd əməllərə imza atmağı öhdəsinə götürür və bu ilin iyun ayının 23-də korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilir. O, hazırda Kürdəxanı cəzaçəkmə müəssisəsindədir. On gün müddətində Akif Əliyevi türmədən çıxarmağa söz verən İradə Gülməmmədova isə onun həbsindən ötən müddət ərzində bir dəfə də olsun istər Akifin özü ilə, istərsə də onun ailəsi ilə maraqlanmamışdır. 

Başçı yenə də qohumları ilə bərabər öz çirkin əməllərini, talançılığını davam etdirir, anası ölmüş Akif Əliyev isə qondarma ittihamlarla  başçının cəzasını çəkir. Bunu bilənlər bilir ki, Akif Əliyevə qarşı irəli sürülən ittihamların heç bir hüquqi əsası yoxdur. Təəccüb təsiri bəxş edən cəhət budur ki, Akif Əliyevin nə üzünə dirənən var, nə də onun əleyhinə izahat verən, amma o günahsız günahkar kimi yatır. Lakin İradə Gülməmmədovanın, qohumlarının üzünə dirənməyə hazır olan çoxsaylı vətəndaşlar işi aparan müstəntiq tərəfindən dindirilmir, izahatları alınmır, açıq aşkar müdafiə olunurlar. Onu da qeyd etməliyik ki, memar Akif Əliyev İcra Hakimiyyətində uzun illərdir işləyir, bu müddət ərzində üç başçı yola salıb. Rayonda onun savadına, sanbalına və şəffaf fəaliyyətinə görə başına and içiblər. O, illər öncə ölkə başçısının sərəncamı ilə “əməkdar memar” fəxri adına layiq görülüb. Onun aramsız uğurlarına gözügötürməyən icra başçısı baş memarın vəzifə səlahiyyətlərini məhdudlaşdırmağa, onun hüquqularının pozmağa başlayıb. Memara məxsus möhürü, ştampı ondan alıb seyfində saxlayaraq lazım gələndə memarın əvəzindən imza atıb, möhür vurub, pul alır. Amma Akif Əliyev özünü son dərəcə təmkinli apararaq səlahiyyətlərinin başçı tərəfindən tapdanması ilə əlaqədar heç bir ali hakimiyyət orqanının şikayət etməmişdir. Ən sonda bildirmək zərurəti yaranır ki, yuxarıların bir “Sağ ol”-u naminə bir insan ömrünə balta vurmaq, ölkədə narazıların sayını artıraraq sosial gərginlik yaratmaq yolverilməzdir. 

Bu anda böyük Nəsiminin məşhur kəlamını xatırlayıram və oxucularla bölüşmək istəyirəm:

“HAQDAN QAÇAN, HAQQA ÇATMAZ” 

Gəlin, Allah naminə haqq-ədalət və insanlıq naminə qanunlarımızın aliliyinə hörmət edək. 

Heç zaman unutmayaq ki, hər birimiz Allah Taalanın bəxş etdiyi gödək ömür payını yaşayırıq. Ən misilsiz sərvət paklıq, mərdlik, mərhəmət bir də həzrəti Əli Əleyhissəlamın buyurduğu kimi “düzlükdür”

Hələlik bu qədər.

Qoy, dəyərli oxucular düşünməsinlər ki, əməkdar memar Akif Əliyevin qanundankənar həbsi ilə əlaqədar birinci və son yazımızdır. Arayış üçün bildirilir ki, Akif Əliyev ailəsinə və doğmalarına qovuşana və icra başçısı İradə Gülməmmədovanın istefasına qədər daha zəngin, kriminal faktlarla silsilə yazılarımız davam edəcəkdir. 

Ruslan Əhmədov”

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …