Şənbə , Aprel 27 2024
Ana səhifə / Manşet / Naxçıvan Ali Məclisinin qapalı toplantısı keçirilir

Naxçıvan Ali Məclisinin qapalı toplantısı keçirilir

Azinforum.az Naxçıvandan olduqca eksklüziv bir məlumatı diqqətə çatdırır. Hal-hazırda Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir. Diqqət çəkən məqam budur ki, sesiyada icra qurumlarının heç bir nümayəndəsi iştirak etmir. Adətən belə iclaslarda: nazirlər, komitə rəhbərlərinin iştirakı təmin edilirdi. Hazırkı iclasda isə yalnız Ali Məclisin deputatları iştirak edir. Mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Böyük ehtimalla korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilən bəzi vəzifəli şəxslərin deputat toxunulmazlığı götürülə bilər. Ali Məclis deputatları sırasında belə adamlar var. Vasif Talıbovun istefa verə biləcəyinə dair də ehtimallar səslənir. Bizi izləyin…

Çinarə,

Azinforum.az

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …