Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Xalq artistinin qızından sitəm: “Ayaqüstü maraqlanıb çıxıb getdi”

Xalq artistinin qızından sitəm: “Ayaqüstü maraqlanıb çıxıb getdi”

“Atamın səhhətində heç bir dəyişiklik yoxdur, ayaqları, ağrıyır, tutulur, gəzə bilmir. Yuxuları ərşə çəkilib, iştahı, ümumiyyətlə, yoxdur. Başında, ürəyində bir sıra xəstəliklər əmələ gəlib”.

Bunu Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.

O əlavə edib: “Ən çox onu üzən səbəb nazirliyin ona qiymət verməməsidir. Yay ayında xəstə olub, xəstəxanada yatanda yalandan yazdılar ki, guya bizə kimsə maddi yardım edib. Heç kim bizim müraciətimizə cavab vermədi, hamısı yalandır. Bütün bu söz-söhbətlər atama pis təsir edir. Deyir ki, kaş heç bu sənətə gəlməzdim, filmlərdə çəkilməzdim. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm, səsimə səs verən olmayıb”.

Aytən Həsənova ailənin vəziyyətini bu sözlərlə elə çatdırıb: “Dərmanlarını almaqda çətinlik çəkirik. Hamısı da bahalı dərmanlardır. Həkimə getmək, həkimdən gəlmək hamısı puldur. Xalq artisti fəxri adına görə aldığı 180 manatla və cüzi pensiya ilə dolanırıq. Bu pul kommunal xərcləri heç ödəmir.

Bir neçə sənət dostundan başqa heç kim zəng edib maraqlanmır. Atamı yaddan çıxarıblar. Nə nazirlik, nə də ki, üzv olduğu Kinematoqrafçılar İttifaqından bir dəfə də olsun zəng edib maraqlanmayıblar. Atam da hamıdan küsüb, nə verilişlərə gedir, nə jurnalistlərlə danışır, nə də ki, sənətə həvəsi qalıb. Elə bil ki, əvvəlki insan deyil. Sənətkarı sənətdən uzaqlaşdırıb, həvəsdən saldılar”.

Aytən Həsənova bildirib ki, Xalq artisti Şəfiqə Məmmədova sənətkar xəstəxanada yatarkən yanına gəlib: “Avqust ayında Şəfiqə Məmmədova xəstəxanaya gəldi, ayaqüstü maraqlanıb çıxıb getdi. Bu gün eşitdim ki, yenidən Kinematoqrafçılar İttifaqının sədri seçilib. Lap yaxşı, böyük sənətkarımızdır, amma ittifaqına üzv olan sənətkarların vəziyyəti ilə ən azından qiyabi də olsa maraqlanmalıdır. Şəfiqə xanımdan xahiş etdim ki, atamın təqaüd məsələsini həll edin. Mənə söz verdi ki, təqaüd məsələsini həll edəcəm, hər şey yaxşı olacaq, amma heç bir zəng də etmədi”. Moderator.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …