Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Mirkazım Seyidov: “Bütün diaspor təşkilatları Prezidentin siyasəti ətrafında sıx birləşməlidir” – VİDEOMÜSAHİBƏ

Mirkazım Seyidov: “Bütün diaspor təşkilatları Prezidentin siyasəti ətrafında sıx birləşməlidir” – VİDEOMÜSAHİBƏ

Böyük Dayaq Partiyası (BDP) Təşkilat Komitəsinin sədri, tanınmış diaspor lideri Mirkazım Seyidov Azinforum.az saytına geniş videomüsahibə verib.

O, videomüsahibədə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən, son günlər bu istqamətdə yaranan müzakirələrdən danışıb. M.Seyidov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında milli birlik yaranmalı, bütün probemlər öz aramızda həll edilməlidir: “Problemləri çərçivədən kənar şəkildə qabartsaq, düşmənlərimiz bundan istfadə edə bilər”.

BDP TK-nin sədri M.Seyidov benzin və dizelin qiymətindəki artımla bağlı da öz fikirlərini ifadə edib. O bildirib ki, yanacağın qiymətinin artıması əksər sahələrdə bahalaşmaya səbəb olacaq. M.Seyidov Ermənistan xarici işlər nazirinin qondarma “dqr”-ə səfərinin 10 noyabr razılaşmasına ziddi olduğunu bildirib: “Rusiya bu qanunsuzluğa son qoymalı, sülhməramlılar öz işinin öhdəsindən gəlməyi bacarmalıdır. Əks təqdirdə, Azərbaycan dövləti gec-tez özünün sərt üzünü göstərməli olacaqdır”.

Həmin videomüsahibəni təqdim edirik:

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …