Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Qafan aeroportu və Qafan-Gorus yolu hərbçilərimizin nəzarətindədir – Video

Qafan aeroportu və Qafan-Gorus yolu hərbçilərimizin nəzarətindədir – Video

Yanvarın 6-da Dövlət Sərhəd Xidməti Zəngilanın işğaldan azad edilmiş bölgələrinə media-tur təşkil edib.

Jurnalistlər Zəngilanın Ağkənd və Qazançı məntəqələrində olublar.

Ağkənd və Qazançı məntəqələri Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşir.

Ermənistanın Qafan aeroportu Ağkənd, Qafan-Gorus avtomobil yolu isə Qazançı döyüş məntəqəsinin vizual nəzarətindədir.

Sərhədçilərin xidmət şəraiti ilə tanışlıqdan sonra Ermənistan Silahlı Qüvvələrinin Zəngilanda qurduqları və Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş istehkam xətlərinə baş çəkilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun hücumu nəticəsində istehkamlar qısa müddətdə yarılaraq, düşmənin müqaviməti sındırılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …