Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Məhbus anası: “Qollarını qandal kəsib, burnunu sındırıblar”

Məhbus anası: “Qollarını qandal kəsib, burnunu sındırıblar”

Mediada “Nardaran İşi”  məhbusu kimi tanınan Abbas Hüseynin Anası 15 may tarixində Prezident Admnistrasiyasına üz tutub. Deyir, oğlu saxlanıldığı 7 və 1 saylı cəzaçəkmə müəssələrində fiziki şiddətə məruz qalıb. R.Hüseynova bildirir ki, ona oğlunun azadlığını vəd etdiklərindən əvvəl şikayət eləmək istəməyib.

Rəhimə Hüseynova polis müşayətilə ərazidən uzaqlaşdırılıb. Daxili İşlər Nazirliyi deyir ki, vətəndaşı PA-nın Nərimanov rayonundakı qəbul şöbəsinə aparıblar. Pentensiar Xidmət isə Toplum TV-yə bildirib ki, məsələni araşdıracaqlar.

A.Hüseyn 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. 2017-ci il yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …