Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakıda ağaclar gizli şəkildə məhv edilir – Video

Bakıda ağaclar gizli şəkildə məhv edilir – Video

Bakının Xətai rayonu ərazisində yaşıllıqların məhv edildiyi bildirilir.

Bu iddia ilə Məhəmməd Hadi küçəsinin sakinləri çıxış ediblər. Onlar iddia edirlər ki, ağaclar gecə vaxtı kökündən kəsilib.

Sakinlər deyirlər ki, bununla bağlı bir neçə ay əvvəl müvafiq qurumlara da məlumat veriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı idarəsinin rəisi Qafar Ağayev deyib ki, sözügedən ərazidə iki ağac kəsilib və bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Məsələ hüquq-mühafizə orqanlarının diqqətindədir.

Ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …