Şənbə , Aprel 27 2024
Ana səhifə / Manşet / “İNQİLABÇILAR”

“İNQİLABÇILAR”

Qubad İbadoğlu ABŞ-dan gəlib dərhal Əli Kərimli, İlqar Məmmədov və Natiq Cəfərli, Əli İnsanov, hətta Rüfət Səfərov ilə görüşlər keçirib. Guya müxalıfəti birləşdirmək istəyir…

İsa Qəmbərlə Arif Hacılı qalıb, küsülüdürlər deyəsən…

Mən bu layihənin perspektivini görmürəm. Amma yenə də maraqlıdır, əgər birləşsələr, lider kim olacaq?..

Ha fikirləşirəm, ağlıma heç biri gəlmir. Çünki hamısı özünə görə “liderdir”. Əslində isə heç biri lider deyil. Lidersiz isə mümkün deyil. Digər tərəfdən, tutaq ki, lap Rüstəm İbrahimbəyov kimi “yalançı”, ya da Cəmil Həsənli kimi “marionet” bir lider tapdılar, axırı nə olacaq? Yenə Milli Şuranın “donqili” aqibəti…

Mənə maraqlı olan məqam “birləşdirici” fiqurun birbaşa ABŞ-dan gəlməsidir. Yəni bunlar bununla ABŞ-dan dəstək aldıqlarını göstərmək istəyirlər. Ya da ki, Qubad bəy oradan xüsusi müssiya ilə göndərildiyini nümayiş etdirmək istəyir. İnanmıram. Şoudur. Məncə, əsas məqsəd özünün irəli çıxmasıdır. Yəni lider olmaq istəyir. Amma elə adamlarla görüşüb ki, heç biri özündən başqa lider tanımır.

Bu adamları az-maz tanıyıram. Əminəm ki, nə inqilab eləmək fikirləri var, nə də buna bacarıqları, cürətləri. Bunlar ən yaxşı halda Soros dayılarına arxalanırlar, ancaq ən pisi də elə budur. Digər tərəfdən, mən ABŞ-ın burada inqilab istədiyinə, ona dəstək verəcəyinə qəti inanmıram. Heydər Əliyev strategiyası bundan sonra azı 50 il bu ölkədə çalxalanmalara, həyəcanlara, inqilablara imkan verməyəcək. Neçə dəfə cəhdlər olunub, hamısının nəinki qarşısı alınıb, hətta profilaktik tədbirləri də görülüb. Bu dəfə də elədir.

Məqsəd sadəcə pul qazanmaqdır. 2003-də biz məntəqlərdə özümüzü həlak edəndə, qonşu-qohumla üz-göz olanda, bir sutka ac-susuz məntəqələrdə keşik çəkəndə burada bunlar seyflərində milyonlarla dollar saxlayırmışlar. Yenə də həmin məsələdir, suyu bulandırıb, dollar tutmaq.

Ağsaqqal deputatlardan biri Hacıbaba Əzimov bunların haqqında həmişə deyirdi: “Hamısı dələduzdur”.

Bunların bu pulları qazanmaq üçün çıxdıqları min oyunun hamısından xəbərdar deyiləm. Ancaq ümumi şəkildə onu deyə bilərəm ki, Qərbdəki müəyyən dairələr siyasi təzyiqlərlə qazandıqları puldan bunlara qrant şəklində faizlər verirlər. İşləməsələr, bir qəpik də ala bilməzlər. Bir sözlə, bunlar sadəcə maşadır. Ancaq xalqı, gəncləri, “demokratiyanın” əsl sifətini, şeytan xislətini anlamayanları aldadır, insanlara əziyyət verir, maddi və mənəvi iztirablar yaşadırlar. İnsanlar daha yaxşı, gözəl, firavan həyat illüziyasına qapılır və əllərində olanı da itirirlər.

Maşaları hakimiyyətə gətirsələr belə, onların hakimiyyəti 1 ildən artıq saxlamaq potensilları yoxdur. Təcrübədən bilirik. Çünki ənənə yoxdur, lider yoxdur, elmi-rasional yanaşma yoxdur, camaatın dəstəyi, dayaq nöqtəsi yoxdur. Təkcə düşük siyasi romantizm, Qərbi kor-koranə yamsılamaq var. Heç Qərbi də yox e, Qərbin özü haqqında süni şəkildə yaratdığı imici təqlid etmək. O vaxt da belə edib, hamısı düşük-düşük istefa verdi. Dondurdu, nə bilim, arata qoydu, neynədi…

Hərdən düşünürəm ki, bəlkə İlham ƏIiyev müvəqqəti kənara çəkilib, hakimiyyəti bunlara versin və istirahət eləsin. Onsuz da bir ildən artıq davam gətirə bilməyəcək və geri qaytaracaqlar. Amma sonra fikirləşirəm ki, yox, bircə ilə bu 27 ildə əldə olunan hər şeyi məhv edəcəklər.

P. S. Bir müddət əvvəl də Qurban Məmmədov da xaricdə inqlab olacağı ilə bağlı nəsə sayıqlamış, guya Əli Kərimli ilə İsa Qəmbər də “dobro” vermişdilər…

Nadir QULIYEV,

Azinforum.az

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …