Lakin Fazil Məmmədovun yeni təyinatları da hamını təəccübləndirib.
Belə ki, o, öz qardaşı qızı, 24 yaşlı bir xanımı Müşahidə Şurasına
sədri, atasının Şamaxı Vergilər İdarəsinin rəisi işlədiyi bildirilən
Samir adlı şəxsi isə İdarə heyətinin sədr əvəzi təyin edib. Eyni
zamanda, filiallardan birinin müdiri də sədr müavini təyin olunub.
Əvvəlki sədr müavinlərindən Rauf Hüseynov və Kamran Orucəliyev hələ ki
vəzifələrində qalsalar da, onların da işdən azad olunacaqları
gözlənilir. Hazırda bankda qeyri-müəyyənliyin hökm sürdüyü bildirilir.
Qeyd edək ki, eks-nazirə məxsus bankda tam nəzarətsizliyin,
ikihakimiyyətliyin hökm sürdüyü, bankın ağır duruma düşdüyü, İdarə
Heyətinin sədri Dəyanət Quliyevlə müavini Etibar Babaşlı arasında kəskin
konfiliktin olduğu, bu səbəbdən bankda ciddi dəyişikliklərin olacağı
barədə məlumatlar vermişdik. Son dəyişikliklər həmin məlumatları
təsdiqləmiş oldu.
Ancaq mənbə hesab edir ki, eks nazirin bu addımları hansısa müsbət
dəyişikliyə səbəb olmayacaq. Hazırda bankın rəhbərliyindəyüksək
peşəkarlığı ilə seçilən, bankı inkişafa doğru aparacaq kadrların
olmadığı bildirilir.
Fazil Məmmədovun şəxsən banka gələrək, kadr dəyişikliyi etməsi də
bir mənalı qarşılanmır. Məlum idi ki, bank barədə kompleks araşdırmalar
həyata keçirilib. Bunun nəticəsi olaraq, bankın vəziyyətinin
düzəldilməsi eks nazirdən tələb olunub. Bu isə ağır xəstəliyinin
olmasına baxmayaraq, Fazil Məmmədovu müəyyən qərarlar qəbul etmyə vadar
edib.
Lakin hesab olunur ki, bu dəyişikliklər müvəqqəti xarakter daşıyır
və bankı ağır vəziyyətdən çıxarmağa kömək etməyəcək. Fazil Məmmədovun
isə bu addımları ilə nəzarət orqanları qarşısında manevr edərək, vaxt
qazandığı ehtimal olunur. Mütəxəssislərin fikrincə, bank yeni investor
tərəfindən yenidən maliyyələşdirilməli və köklü kadr dəyişiklikləri
aparılaraq, sağlamlaşdırılmalıdır.
“AtaBank”ın özündən isə toplantının və rəhbərlikdə dəyişiliklərin
olduğunu FED.az-a təsdiqləyiblər. Lakin məsələ ilə bağlı geniş məlumat
verilməyib.Bildirilib ki, bank tərəfindən ictimaiyyətə rəsmi açıqlama
veriləcək.
Ana səhifə / Aktual / Fazil Məmmədovdan radikal qərarlar: bütün rəhbərliyi işdən çıxardı, qardaşı qızına vəzifə verdi
Həmçinin oxuyun
Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?
Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …