Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Eyni balda zəlzələ bizdə olsa, binalarımız buna dözərmi?

Eyni balda zəlzələ bizdə olsa, binalarımız buna dözərmi?

Türkiyədəki zəlzələnin yaratdığı dəhşətli mənzərə göz qabağındadır və bizim ölkə üçün də zamanında lazımi addımları atmağı diqtə edir. Şəkillərdən görünür ki, zəlzələnin gücü nə qədər çox olsa da, şəhəri tam batıra bilməyib.

Elə binalar var ki, yerlə-yeksan olub, elələri var ki, dim-dik ayaq üstədir. Bu qədər yaxın ərazidə zəlzələnin yaratdığı təkanların amplitudası kəskin fərqlənə bilməz. Bu nəticəyə gəlirik ki, şəkilin əhatə etdiyi radiusda zəlzələnin gücü eyni balda olub.

Deməli, məntiqlə burada gördüyümüz fərqli mənzərədə keyfiyyət öz sözünü deyir. Hansı binalar keyfiyyətli tikilbsə, onlar sınaqdan üzü ağ çıxa bilib. Birmənalı şəkildə deyə bilərik ki, çoxmərtəbəli binaların tikintisi ilə bağlı bizdəki vəziyyət Türkiyədən çox acınacaqlıdır.

Paytaxta bu işlə məşğul olanların kimlyi, reputasiyası hamıya yaxşı bəllidir. Həbsxanalar bina tikən dələduzlarla doludur. Onlar tikdikləri binaların keyfiyyətsizliyinə görə məsuliyyətə cəlb edilmirlər.

Tikdikləri binadakı bir mənzili bir neçə adama satdıqları səbəbindən türməyə düşüblər. Nisbətən “diribaşları” isə azadlıqda qalmağı bacarıb və yenə də öz işlərinə davam edirlər. İndi kim zəmanət verə bilər ki, belə insafsız adamlar tikdikləri binalarda sementin, armaturun keyfiyyətini lazımi səviyyədə ediblər?

Onların tikdikıəri böyük yaşayış massivlərində texniki təhlükəsizlik qaydalarına ümumiyyətlə əməl edilməyib. Çoxmərtəbəli binalar arasında məsafə belə saxlanmayıb. Azərbaycan hökuməti təcili şəkildə müstəqillikdən sonra tikilən hündürmərtəbəli binaların kefiyyəti ilə bağlı təkrar ekspertiza keçirməlidir.

Belə ekspertizanın şəfaf şəkildə keçirilməsini təmin etmək üçün, bu işi bir quruma deyil, müxtəlif qurumların təmsilçiləri olan Komissiyaya həvalə etmək lazımdır. Bərbad vəziyyətdə olan binalarda yaşayışa icazə verilməməlidir. Belə saxtakarlıqlara yol vermiş bütün tikinti şirkətlərinin rəhbərləri dərhal məsuliyyətə cəlb edilməlidir. Unutmayaq ki, Bakı da seysmik riski çox olan zonaya aid şəhərdir.

Məhəmmədəli Qəribli,

Azinforum.az

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …