Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / MEDİA Agentliyi redaktorların da problemini həll etdi”…

MEDİA Agentliyi redaktorların da problemini həll etdi”…

Artıq redaksiyalardakı redaktorlar və şöbə müdirləri də media reyestrində jurnalist kimi qeydiyyata alınacaqlar.
Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının toplantısında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, bununla bağlı MEDİA-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşü keçirilib, məsələ həllini tapıb.


“Bu, “Media haqqında” qanundakı problem deyil. Bu, media qurumlarının redaksiyada vəzifələri düzgün qeyd etməməsi ilə əlaqədardır. Çünki həmin reaksiyalarda texniki şöbələr də var ki, oranın əməkdaşları jurnalist deyil. Media Reyestrinə daxil olan məlumatlarda bu şəxslərin vəzifəsi şöbə müdiri kimi göstərilib. Həmin şöbə müdiri ipoteka üçün hər hansısa bir banka müraciət edəndə bank işçisi onun kim olduğunu bilmir və problem yaranır.


Biz bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət etdik və nazir, onun komandası bizə yol göstərdi, biz də problemi aradan qaldırdıq. Artıq redaktorlar və şöbə müdirləri də jurnalist kimi qeydiyyata alınacaqlar”.


Telekanallarda operator və digər texniki işçilərin isə media reyestrində jurnalist kimi qeydiyyata alınmayacağını bildirən Əhməd İsmayılov bildirib ki, həmin şəxslərin jurnalist kimi qeydiyyata alınması düzgün deyil: “Qanunda yazılıb ki, media təmsilçisi başqadır, jurnalist başqa. Məsələn, televiziyalarda operator vəzifəsində işləyənlər media təmsilçisi ola bilər. Amma onlar jurnalist deyillər. Televiziya jurnalistlərinin sujet hazırlamasında onların da rolu var. Amma bu, jurnalist olmaq deyil. Ona görə də həmin şəxslər jurnalist kimi qeydiyyata alınmayacaq”.
İcraçı director onu da bildirib ki, media subyekti ilə əlaqəsi olmayan və jurnalist işləməyən Əməkdar jurnalistlər də Media Reysterində qeydiyyata alınmır.
O bildirib ki, əməkdar jurnalistlər, sabiq jurnalistlərin qeydiyyatı mümkün deyil.


“Çünki onlar vaxtında jurnalist işləsələr də, hazırda işləmir. Yəni hazırda media subyekti ilə əməkdaşlıq etməyən şəxs jurnalist kimi Media reysterində qeydiyyata alına bilməz”.
Ə. İsmayılov həmçinin bildirib ki, hazırda Mətbuat Şurasında işləyən şəxslər də jurnalist hesab edilmədiyindən onlar da Media reysterində qeydiyyata alınmayacaq və jurnalist hüququndan istifadə edə bilməyəcək.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …