Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Ermənistana nəfəslik açan türk dövləti – Nazarbayevdən sonrakı Qazaxıstan…

Ermənistana nəfəslik açan türk dövləti – Nazarbayevdən sonrakı Qazaxıstan…

Qazaxıstanın sədrliyi ilə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin dayanıqlı inkişaf və fəaliyyətlərinin reallaşdırılması üzrə Vyana proqramı çərçivəsində nazirlər forumu keçirilib. Qazaxıstan həmin tədbirdə iştirak üçün Ermənistana şərait yaradıb.

Ermənistanın XİN başçısı Mnatsakanyan, fürsətdən istifadə edərək, forumdakı çıxışında ölkəsinin rəzil durumda olmasının əsl səbəbini gizələdərək, bunu başqa amillərlə əlaqələndirməyə çalışıb. Hər fürsətdə Türkiyə və Azərbaycan əleyhinə böhtan danışmağa öyrənən Ermənistan bu dəfə də eyni addımı atıb. Maraqlıdır ki, Ermənistan dənizə çıxa bilməməyinin səbəbini sırf Türkiyə faktoru ilə əlaqələndirməyə çalışıb.

XİN rəhbəri deyib ki, bu gün Ermənistanın iqtisadiyatına ağır təsir göstərən bir amil pandemiya, digər amil isə Türkiyənin Ermənistan üçün dənizlərə çıxış imkanını bağlamasıdır. Qeyd edək ki, Ermənistan dənizə çıxışı olamayan tək ölkə deyil. Bunu başqa qonşular hesabına da reallaşdırmaq mümkündür. Ermənistanın isə Türkiyədən başqa belə qonşuları var. Məsələn, Azərbaycanın açıq dənizə çıxışı yoxdur. Ancaq bunu Gürcüstan vasitəsilə reallaşdırır. Ermənistanın da Gürcüstanla  birbaşa sərhədi varsa, niyə bundan istifadə etmək əvəzinə, yalnız Türkiyənin üzərinə fokslanır? Maraqlı olan digər məsələ isə budur ki,  Ermənistana belə böhtanları yüksək tribunalardan səsləndirməyə şəraiti  türkdilli ölkə olan Qazaxıstan yaradır. Təəssüflə qeyd etməliyik ki, Nazarbayevin hakimiyyətdən getməsindən sonra Qazaxıstanın siyasətində Ermənistanla isinişmə meylləri nəzərə çarpır.

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bu addımları o qədər də təəccüblü deyil:

“Çünki bu ölkə əlinə düşən bütün platforma və tribunalardan bizə və qardaş Türkiyəyə böhtanlar atır. Bu dəfə də həmin ampluasına sadiq qalıb. Hesab edirəm ki, Ermənistan Qazaxıstanın təşkil etdiyi son tədbirdə də mövzunun mahiyyətinə uyğun çıxış etməyib. Qeyd edim ki, Azərbaycan da dənizə çıxışı olmayan ölkə statusundadır. Ancaq buna baxmayaraq, öz imkanlarını inkişaf etdirir. Təsadüfi deyil ki, BMT-nin araşdırmalarına əsasən, Azərbaycan dənizə çıxışı olmayan 32 ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində birinci yerdə qərarlaşıb. Bu kateqoriyadan ölan ölkələr müxtəlif tədbirlərdə bildiriblər ki,  Azərbaycanla bu sahədə davamlı olaraq uğurlu layihələr həyata keçirilir. Ermənistanın belə vəziyyətə düşməsinin səbəbi nə pandemiyadır, nə də Türkiyə. Pandemiya bir neçə aydır başlayıb. Ancaq Ermənistanı rəzil duruma aparan yol çox uzundur və 30 ildən artıq bir zamanı əhatə edir. Ermənistan öz qonşuları ilə məhz işğalçılıq siyasəti səbəbindən yola gedə bilmir. Bunun başqa bir səbəbi yoxdur. Bunun da nəticəsində regionu əhatə edən bütün gəlirli layihələrdən kənarda qalıb. Türkiyə ilə sərhədlərin açılması bir neçə dəfə danışıqlar mövzusu olub. Bu məsələdə Türkiyənin mövqeyi bəllidir. Qardaş ölkə birmənalı olaraq deyir ki, bu yalnız Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra mümkün ola bilər. Ermənistan Türkiyə vasitəsilə dənizə çıxmaq istəyirsə, niyə bu şərtə əməl etmək istəmir? Demək ki, bu bəhanədir. Onun dənizə çıxışı olan başqa qonşuları da varsa, deməli, arqument əsaslı deyil. Bizi narahat edən başqa bir məqam isə türkdilli ölkə olan Qazaxıstanın mövqeyi ilə bağlıdır. Bir vaxtlar Nursultan Nazarbayev Azərbaycanın mövqeyini ən mötəbər tribunalarda müdafiə edirdisə, indiki hakimiyyət Ermənistana bizə böhtan atmağa şərait yaradır”.

Qazaxıstanın son zamanlar Ermənistanla bağlı sərgilədiyi mövqe doğrudan da təəccüb və təəssüf doğurur…

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …