Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Gürcüstan prezidenti: “Azərbaycanla sərhədin delimitasiyası vaxtında başa çatdırılmalıdır”

Gürcüstan prezidenti: “Azərbaycanla sərhədin delimitasiyası vaxtında başa çatdırılmalıdır”

“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılıqlı strateji maraq kəsb edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

Dövlət başçısı əminlik ifadə edib ki, bu prosesə heç nə və heç kim mane ola bilməz.

Görüşdə C.Bayramov Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qəti olaraq dəstəklədiyini bildirib. S.Zurabişvili də öz növbəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib.

Prezidentin sözlərinə görə, Gürcüstan bölgədə sülh və sabitliyi təşfiq edən platforma olmağa hazırdır.

Tərəflər, həmçinin iki ölkə arasında siyasi, iqtisadi-ticari, mədəni əlaqələrin dərinləşdirilməsi məsələlərini də müzakirə ediblər, Gürcüstan və Azərbaycanın dost ölkələr və strateji tərəfdaş olduğunu vurğulayıblar.

S.Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci Vitse-prezident Mehriban Əliyevanı Gürcüstana səfərə dəvət edib.     

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …