Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Baş Dövlət Yol Polisi Idarəsi sürücüləri plebey və patrisalara bölür – QHT sədrindən sərt ittiham

Baş Dövlət Yol Polisi Idarəsi sürücüləri plebey və patrisalara bölür – QHT sədrindən sərt ittiham

Bizim eradan əvvəl bu idarəyə rəis təyin olunan Ramiz Zeynalov üçün islahat havası hələ gəlib çatmayıb. 20 il əvvəl nə cür işləyirdisə indi də o idarədə eyni mühitdir. Bu , öz yerində. Amma bu idarədə ölkə vətəndaşına münasibət də biabırçı vəziyyətdədir. Ötən il məni soyuq havada saxlayıb şikayət üçün içəri buraxmayanda da nazirliyə şikayət yazdım. İnsaf naminə ədalətli araşdlrdılar. Söz verdilər ki, qəbul otağı təşkil edəcəklər. Sonra da zəng etdilər ki, təşkil etmişik gəlin baxın.

Amma indi qanuni baxımdan şikayətə ciddi əsasım da yoxdur. Şikayət etsəm də gərək mövzu ayrı-seçkilik olsun. Bu gün Tibilisi prospektində məni saxlayıb avtomobilin cərimə meydançasına aparılmalı olduğunu bildirdilər. (Saxlayan DYP əməkdaşının avtomobili 99 YP 283) . Deməli, 10 manat cərimə var imiş, ona görə. SMS də mənə yox etibarnamə verdiyim şəxsə gəlib deyə, xəbərim olmayıb.

İcazə istədim ki, evə çatıb 15 dəqiqəyə ödəyim. İzah etdim ki, xəbərim olmayıb və cərimə mənim adıma deyil. Dedilər ki, mümkün deyil. Avtomobili saxlayıb cəriməni on-line ödədim (daha doğrusu xahiş elədim ödədilər və bu xeyli vaxt apardı – müəllif) və sənədlərimi alıb gəldim. Belədə mənə münasibətdə qanunu düz tətbiq ediblər, baxmayaraq ki, mənə bununla bağlı rəsmi məktub gəlməyib, sms də başqasının adına gedib. Problem isə ondadır ki, həmin vaxt yollarda AA seriyalı avtomobillər sayrışan işıqlarla və yüksək sürətlə şütüyürdü.

Onların hər birini hər gün onlarla radar qeydə alır və bəzən 5-6 min manat cərimə yığılır və sonra onu silirlər. Bu selektiv yanaşma niyə olmalıdır? Adı vətəndaşla nazir sürcüsünün arasında fərqin olması hansı qanunda yazılıb, cənab Ramiz Zeynalov? Bir idarə vətəndaşları sinflərə bölür, o biri sürücülərə münasibdətə qanunu fərqli tətbiq edir. Və sonra da deyirlər ki, məmurlar niyə qanunlara məhəl qoymur.

Bir həyətin qabağına 150 xidməti avtomobil toplaşanda və karatin qaydalarını pozanda əməkdaşlarınız hara baxırdı? Səbəb budur cənab Ramiz Zeynaolv. Selektiv yanaşma. Sizin də vaxtınız çatacaq. Lap az qalıb. Heç olmasa vətəndaşa belə ağır günlərdə bir az güzəşt edin. Dünya dağlmayacaq. Nə də Sizin uşaq bağçasının yerini zəbt edib tikdiyiniz villa. Bir qədər insafınız olsun. Ayıbdır. Əməkdaşlarınıza da deyin maska çənə üçün deyil. Mövzunu da davam etdirəcəm.

Sahib MƏMMƏDOV, QHT rəhbəri

Azinforum.az olaraq qeyd edirik ki, səslənən fikirlərlə bağlı DYP-nin də mövqeyinə yer verməyə hazırıq.

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …