Ana səhifə / Cəmiyyət / “Baku Electronics” mağazası tanınmış şəxsin anasını necə aldadıb?

“Baku Electronics” mağazası tanınmış şəxsin anasını necə aldadıb?

“Baku Electronics” kimi həyasız ikinci bir mağaza varsa da, onların filialları olar”.

Yenicag.az xəbər verir ki, “Xəzər-Lənkəran” Futbol klubunun keçmiş vitse-prezidenti Rəvan Bəşirov sosial şəbəkədə paylaşdığı statusunda “Baku Electronics” mağazasını saxta məhsullar satmaqda ittiham edib.

Rəvan Bəşirov “Baku Electronics” mağazasının saxta mallar satmaqla yanaşı, servislərinin olmadığını və müştəriləri aldatdığını bildirib. Onun sözlərinə görə, anası sözgüdən mağazadan kreditlə məişət əşyaları alsa da, “Baku Electronics” həmin əşyaların quraşdırılmasını təmin etməyib. Bununla yanaşı, məhsul zay olduğu halda təmir üçün müştəridən ödəniş tələb edilib:

“Baku Electronics” kimi həyasız ikinci bir mağaza varsa da, onların filialları olar. Bütün izləyicilərimdən və dostlarımdan, onların ətraflarından xahiş edirəm, bu mağazadan imtina edin. Saxta malları satmaqdan əlavə, servisləri də yoxdur, üstəlik bir də aldadırlar insanları.

Məhkəmədə görüşərik. Hər şeyi keçərəm, anamı iki dəfə o başıboş işçilərinizin aldatmağını əsla…

Problemin nə olduğunu soruşanlar üçün məlumat verim. Anam bunlardan kreditlə məişət əşyaları alıb. “Bosch” markasının nümayəndəsi olduqları üçün qazı da bunlardan alıb. Anamın yol ölçüb gedib yerində müraciət etməsinə baxmayaraq, qazı quraşdırmağa gəlməyiblər.

Məcbur qalıb özü başqasına quraşdırdıb. Quraşdıranda görüblər ki, qazın üstü əyridir, aşağı-yuxarı laxlayır, istifadə edilən kimi də rəngi töküldü. Yəni ki, saxta və deffektdir.

Anam bir də mürəciət edib ki, qarantiya verdiyiniz mala sahib çıxın, bunlara kar etməyib, bir də özü gedib ora, sonra ərizə yazdırıblar ki, yazılı müraciət edin. Anam da yazıb. Sonra bir adam göndəriblər gəlib baxıb, videoya-filan çəkib, çıxıb gedib.

Bir həftədən sonra zəng edib ki, 101 azn ödəyin, düzəldək. Bunu mən öyrəndim anamdan, borclarını bağladıq və qəti surətdə anama qadağan etdim o qazın pulunu ödəməyi…

Hüquqşünası və ya kimsə zəng etmişdi, birinci göylə getdi, sonra “xod”u düşdü aşağı, özüm danışdım, səhv olduğunu anladı və 1 il yoxa çıxdılar. Baxmayaraq ki, mən yenə insanlığımı qoruyub dedim ki, malınızı dəyişin, pulunuzu alın. Onlar yoxa çıxmağı seçdilər. İndi də utanmadan bir də məhkəməyə müraciət ediblər. Tam da arzuladığım bir şey, görərik bu işdən kim ziyanlı çıxar”.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …