Cümə axşamı , May 2 2024
Ana səhifə / Manşet / Avropa Şurasının hesabatı: Azərbaycan məhbusa ən az xərc çəkən ölkədir

Avropa Şurasının hesabatı: Azərbaycan məhbusa ən az xərc çəkən ölkədir

Ölkə məhbus sayına görə üçüncü yerdədir

Ən son hesablamalara görə, hazırda Avropa Şurasına üzv ölkələrin həbsxanalarında 981 min 575 məhbus cəza çəkir.

Azərbaycan AŞ-da məhbus sayına görə üçüncü yerdədir.

Avropa Şurasının “Prison Populations 2022” hesabatında belə deyilir. Həmin hesabat Lozanna Universiteti  tərəfindən hazırlanıb.

Avropa Şurası ölkələri arasında məhbus sayına görə lider ölkə isə Türkiyədir.

2022-ci ilin sonuna olan göstəricilərə görə, burada 303 min 945 məhbus cəza çəkir.

Ölkə əhalisinin sayı ilə müqayisə edilsə, Türkiyədə hər 100 min əhaliyə 355 nəfər məhbus düşür.

Türkiyədən sonra məhbus sayı çox olan növbəti ölkə Gürcüstandır. Burada hər 100 min nəfərə 237 məhbus düşür.

Məhbus sayına görə üçüncü yerdə olan ölkə Azərbaycandır. Hər 100 min nəfərə 217 məhbus (ümumi məhbus sayı, təxminən 22 334) düşür.

Öncəki illərdə – 2020-ci ildə Azərbaycanda hər 100 min əhaliyə 208, 2021-ci ildə 215 məhbus olub.

Növbəti sıralarda Macarıstan (194), Litva (191), Polşa, (190) və Slovakiya yer alır.

İngiltərə həbsxanalarında 79 min 92, Polşada 71 min 874, Fransada isə 69 min 964 məhbus var.

Ermənistanda isə ümumilikdə 2 128 məhbus var. Cənubi Qafqazda ən az məhbus sayı olan ölkədir.

Azərbaycanda məhbusların illik xərci 2021-ci ildə 64,8 milyon avro təşkil edib. Hər məhbusun günlük xərci 7,97 avro olub.

Bu göstərici Ukrayna istisna olmaqla AŞ məkanında ən aşağı göstəricidir. Azərbaycandan sonra hər məhbusa günlük ən az vəsaiti Türkiyə xərcləyib – 9,81 avro. Daha sonra Gürcüstan (10,55), Moldova (12,7) və Bolqarıstan (13) gəlir.

Hər məhbusa gündəlik Norveç 378, Lüksemburq 327, İsveç 322, Lixtenşteyn 300 avro xərcləyib. Ermənistan hər məhbusa günlük 32 avro xərcləyir.

Günlük xərcləmədə AŞ ortalaması 81,41 avro təşkil edir.

Həmçinin oxuyun

16 saylı yataqxananın sakini: “Heyvanı da bura bağlasan, qalmaz”

“Hökumət çarəsizliyimizi görüb bizi ölümə məhkum eləməsin” “Jurnalistlər gəlir, çəkir, gedir icra hakimiyyətindən soruşur, maraqlanır …