Ana səhifə / İqtisadiyyat / SOCAR bir işçinin əmək haqqı üçün 50 min pul ayırır? – Fotofakt

SOCAR bir işçinin əmək haqqı üçün 50 min pul ayırır? – Fotofakt

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ildəki ümumi xərcləri 110 milyard 650 milyon manat olub.
Yeniavaz.com SOCAR-ın illik maliyyə hesabatına istinadən xəbər verir ki, son bir ildə şirkətin xərcləri 37 milyard 502 milyon manat və ya 51,3% artıb.
SOCAR-ın ötən il əmək haqqı, maaş və sosial müdafiə xərcləri 2 milyard 352 milyon manat olub və 2021-ci illə müqayisədə 29% artıb.
Şirkət 2022-ci il üçün davamlı inkişaf hesabatını açıqlamadığı üçün ötən il neçə nəfər işçisinin olduğu bilinmir. Lakin, son illərin hesabatına baxdığımız zaman belə görünür ki, SOCAR-ın işçilərinin sayı orta hesabla 1,5 min nəfər azalıb. Əgər hesab etsək ki, ötən il ərzində də SOCAR-ın işçilərinin sayı bu həddə azalıb, o zaman SOCAR-ın bir işçiyə düşən əmək haqqı, maaş və sosial müdafiə xərcləri təxminən 50 min manat təşkil edəcək.

Həmçinin oxuyun

Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? – SİYAHI

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 4 milyard 364 min 589,7 min dollar dəyərində …