Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Kriminal / Yanacaqdoldurma məntəqələri – Benzinə görün, nə qatırlar…

Yanacaqdoldurma məntəqələri – Benzinə görün, nə qatırlar…

Bir litr benzinə 200-300 qram maye qaz qatırlar

Yanacaqdoldurma məntəqələri yeni fırıldağa əl atıblar. Onlardan bəziləri yanacağın miqdarını artırmaq üçün benzinə maye qaz qatır. Bu da sonradan avtomobildə müxtəlif texniki problemlərin yaranmasına səbəb olur. Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən texniki ekspert Roman Rüstəmov bildirir ki, benzinə maye qaz qatılması standarta ziddir: “Yanacaqdoldurma məntəqələri benzinin daha ucuz başa gəlməsi üçün bu addım atırlar. Əslində, benzinə maye qaz qatılmamalıdır. Amma hər yerdə bunu edirlər. Onlar hardasa 1 litr benzinə 200-300 qram maye qaz qatırlar. Benzinin tərkibinə maye qaz qatılan zaman mühərrikin porşeni tədricən sırdan çıxır. Avtomobildə fəsadlar yaradır. Benzinə maye qaz qatıldığını onun iyindən bilmək mümkündür”.

Həmçinin oxuyun

“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” – Video

Bakıda sürücülər arasında insident baş verib.  “ Azinforum.az ” xəbər verir ki, Avtosfer.az-a müraciət edən …

Bir cavab yazın