Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Veysəloğlu”: “Qiymətlər dəyişəcək”

“Veysəloğlu”: “Qiymətlər dəyişəcək”

Dünən Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejimi siyasətinə keçilməsi barədə qərarına əsasən, manatın məzənnəsinin ABŞ dollarına nisbətən aşağı düşməsi “Veysəloğlu” Şirkətinin distribüterlik etdiyi məhsulların qiymətlərinə təsirsiz ötüşməyəcək. 

 

Bu sözlər Azinforum.az-a “Veysəloğlu” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr departamentindən daxil olan məlumatda əksini tapıb. Şirkətdən qeyd edilib ki, “Veysəloğlu”nun əsas fəaliyyəti idxal üzərində qurulduğundan, ABŞ dollarının məzənnəsinin artması qiymətlərdə fərq yaradacaq:

 

“Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirdir. “Veysəloğlu” distribüterlik etdiyi məhsulların qiymət siyasəti Mərkəzi Bankın üzən məzənnə siyasətinə əsasən manatın məzənnəsinin dünya valyutasına konvertasiyasına uyğun olaraq, bazarın tələb və təklifinə nisbətini müəyyən edərək həyata keçiriləcək.

 

Bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını isə zəruri edib”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın