Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Kriminal / “Üzən məzənnə”yə keçid açıqlaması dollara yenidən təlabatı artırıb

“Üzən məzənnə”yə keçid açıqlaması dollara yenidən təlabatı artırıb

Azərbaycanda “üzən məzənnə”yə keçidlə bağlı xəbər açıqlandıqdan sonra artıq dolların qiyməti bahalaşmağa başlayıb. Manatın dollar qarşısında yenidən ucuzlaşacağından ehtiyat edən vətəndaşlar isə dollar almağa başlayıblar. Bununla da Azərbaycanda dollara olan təlabat xeyli artıb.
Bunu valyuta mübadiləsi şöbələrinin satıcıları deyiblər. Mərkəzi Bank bu gün üçün dolların rəsmi məzənnəsini 1.0473-ə AZN müəyyən etsə də, mübadilə məntəqələrində dollar 1.051 AZN-ə satılır.
Valyutadəyişmə fəaliyyəti ilə məşğul olan Bəhruz Hüseynov dolların məzənnəsində ciddi artımın olmadığını, amma vətəndaşların bu xarici valyutaya marağının artdığını deyir. Onun sözlərinə görə, dolların yenidən bahalaşacağı ilə bağlı fikirlər dollar satışını artırıb. Onun sözlərinə görə qarşıdakı günlərdə də müştərilərin sayının artacağı gözlənilir.
Dollarla yanaşı avronun məzənnəsində də artım var. Xarici valyuta satışı ilə məşğul olan Azər Ələsgərov deyir ki, avronu 3-4 gün əvvəl 1.187 AZN-ə alıb 1.190 AZN-ə satırdıq. Bu gün isə qiymətlər nisbətən artıb.
“İndi isə alış qiyməti yüksələrək 1.193 manat olub. Bizdə məcburuq ki, 1.198 AZN-ə sataq. Ancaq buna baxmayaraq satışda xeyli artım var. Son günlər avro alanların sayı xeyli artıb. Düşünürəm ki, insanlar çevik məzənnənin nə olduğunu daha yaxşı başa düşdükdən sonra satış biraz daha sürətlənəcək.”
Elman Rüstəmov dünən öz çıxışı zamanı çevik məzənnə barədə açıqlama verib.
“Mərkəzi Bankın keçmək istədiyi çevik məzənnə rejiminin mahiyyəti odur ki, tətbiq edildiyi zaman valyutanın məzənnəsi ona olan tələb və təklifin təsiri əsasında formalaşır, hər gün və tez-tez dəyişir. Müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilər.
Bir müddət əvvəl maliyyə naziri Samir Şərifov da çevik məzənnə siyasətinə keçidlə bağlı işarə müzakirələrin getdiyini bildirmişdi.
“Hazırda Azərbaycanda da bunun tətbiqi ilə bağlı işlər aparılır. Qazaxıstan artıq bunu elan edib. Bu gün bu məsələyə cavab vermək bir az tez olar. Amma mənim fikrimcə, hal-hazırda Mərkəzi Bank bu istiqamətdə müvafiq iş aparır. Hesab edirəm ki, optimal bir variant tapılıb və tətbiq olunacaq.” Anspress

Həmçinin oxuyun

“AMAY Abdulla”nın həbsdə olan şəriklərindən şikayət – MƏHKƏMƏ

Dələduzluqda təqsirləndirilən Xudafərin MMC-nin vəzifəli şəxsləri – Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov …

Bir cavab yazın