Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Tanınmış həkimi intihara sürükləyən müəmma – AİLƏ ÜZVLƏRİ DANIŞDI

Tanınmış həkimi intihara sürükləyən müəmma – AİLƏ ÜZVLƏRİ DANIŞDI

Lənkəran şəhərində tanınmış stomotoloq Müşfiq Bağırovun intihar etməsi ilə bağlı qaranlıq məqamlar üzə çıxıb. Ailə üzvlərinin Criminal.az saytına verdiyi məlumata görə, mərhum M.Bağırovun maddi asılılıq nəticəsində ona gəlinmiş hədə-qorxu halında 21.08.2022-ci il tarixdə özünə qəsd edib. Həmin hədə-qorxunu təsdiq edən sübutları ailə üzvləri istintaq orqanına təqdim edib. Mərhumun ailə üzvləri M. Bağırovun intihar etməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib:”İlk öncə ailəmizin çətin məqamında hadisənin diqqətdə saxlanılmasına görə əməyi keçən jurnalistlərə minnətdarlığımı bildirib əks olunmuş bəzi həqiqətə uyğun olmayan məlumatları da təkzib etməyi özümə borc hesab edirəm. Lənkəran rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə mərhumun qardaşı Ramal Bağırov hüquqi varisi kimi tanınıb və istintaq sirri olduğundan araşdırmanın gedişinə mane olmamaq üçün cinayət barədə konfedensiallıq baxımından zəruri məlumatları paylaşa bilmirəm. Lakin mərhum Müşfiq Bağırov maddi asılılıq nəticəsində ona gəlinmiş hədə-qorxu halında 21.08.2022-ci il tarixdə özünə qəsd edib. Prokurorluq orqanları tərəfindən obyektiv araşdırma aparılacağına və qısa müddət ərzində cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb ediləcəyinə inanıram. Odur ki, mətbuat orqanlarını daim izləyən Baş prokuror cənab Kamran Əliyevdən istintaqın nəzarətdə saxlanılmasını xahiş edirəm. Bundan başqa sosial şəbəkələrdə yayılmış mərhum qardaşımın meyvə ticarəti zamanı yaranmış borc məbləğinə görə intihar etməsi məzmununda məlumatlar dezinformasiya xarakteri daşımaqla cəmiyyətin yanlış məlumatlandırılmasına səbəb olur. Odur ki, həmin məlumatları yaymış informasiya agentliklərinin hazırda qeyd etdiyim təkzib barədə məlumatları dərc etməklə belə həssas durumda ailəmizə mənəvi dəstək olacaqlarına ümid edirəm”.Xatırladaq ki, M.Bağırov iki gün əvvəl şəhərin “Raypo” adlanan ərazisində özünə məxsus yarımtikilidə intihar edib. Lənkəran rayonun Xolmilli kəndindən olan M.Bağırov tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir rayonda tibb sahəsində fəaliyyət göstərir. Müşfiq Bağırov və ailəsi Lənkəranda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, stamotoloq kimi yüzlərlə qazini, şəhid ailəsi üzvünü və tələbəni pulsuz müalicə edib. Bundan başqa, Müşfiq Bağırov Lənkəran şəhərinin mərkəzində yerləşən diş klinikasının önündə xeyriyyə kampaniyası ilə bağlı elanlar da yerləşdiribmiş.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …