Ana səhifə / Cəmiyyət / Quru sərhədi 1 Sentyabrdan AÇILIR? – AÇIQLAMA

Quru sərhədi 1 Sentyabrdan AÇILIR? – AÇIQLAMA

Nazirlər Kabinetinin Dövlət Sərhədlərinin bağlanması ilə bağlı 20 iyun 2022-ci il tarixli qərarına əsasən quru sərhədlər daxil olmaqla 1 sentyabr 2022-ci il tarixinədək bütün sərhədlər bağlanılıb. Sentyabrın 1-dən sonra nə olacağı isə hazırda vətəndaşları maraqlandıran əsas suallardan biridir.
İ
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, yoluxma artmasa, hər şey qaydasında gedərsə, dövlət quru sərhədlərin açılması ilə bağlı məsələyə baxa bilər:
“Cənab Prezident İlham Əliyev quru sərhədlərin açılması məsələsinə ətraflı münasibət bildirib. Azərbaycan koronavirusla mübarizədə böyük bir məsafə qət edib və uğur qazanıb. Bu gün bizim qarşımızda duran vəzifələrdən biri bu uğurun qorunması, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsidir. O baxımdan vətəndaşlardan da istənilən odur ki, onlar bu qaydalara əməl etsinlər və ölkəmizdə yoluxmanın tempi azalsın və yoluxma sayı artmasın. Burada əsas hədəf və məqsəd budur. Başqa hansısa bir hədəf ya məqsəd yoxdur. Əgər yoluxma artmasa, hər şey qaydasında gedərsə, dövlət quru sərhədlərin açılması ilə bağlı məsələyə baxa bilər. Yəni bu gələcəyin məsələsidir, indidən bu barədə tarix söyləmək mümkün deyil”.
 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …