Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Soxulcandan üzvi kübrə hazırlayıb Azərbaycana satan sahibkar…

Soxulcandan üzvi kübrə hazırlayıb Azərbaycana satan sahibkar…

Dietoloqlar, həkimlər sağlam həyat üçün orqanik qidaları tövsiyə edirlər. Amma orqanik məhsulların alınması üzvi gübrələrdən asılıdır.

Türkiyənin Giresun şəhərində biznesmen Əhməd Ceylan bunun ən asan yolunu tapıb. Üzvi gübrə istehsalçısı olan Ə. Ceylanın bir il əvvəl 120 min soxulcanla qurduğu müəsisə bu gün 15 milyon soxulcandan 1,5 ton üzvi gübrə istehsal edir.

Türkiyədə lisenziya ilə çalışan 4 orqanik soxulcan peyin istehsalçısından biri olan Əhməd Ceylan ölkəsində soxulcan gübrəsinin əhəmiyyətinin hələ layiq olduğu yerdə olmadığını dilə gətirərək, bu sahəyə investisiya yatıracaq sərmayəçilərə dövlət və nazirlik tərəfindən dəstək verilməsinin vacibliyini vurğulayıb.

Orqanik məhsul üçün öncə üzvi gübrə lazım olduğunu deyən Ceylan qeyd edir ki, artıq soxulcan peyini çox böyük əhəmiyyət kəsb etməyə başlayıb.

“Kimyəvi gübrələr yavaş-yavaş yerini orqanik gübrələrə verir. Qatı və maye gübrə olmaq üzrə iki məhsul istehsal edirik. Üzvi gübrəyə gələcəyin “olmazsa olmazı” da deyə bilərik. Çünki mütəxəssislərin tövsiyə etdiyi orqanik məhsul üçün əvvəl üzvi gübrə lazımdır. Bunun ən yaxşı üsulu soxulcan gübrəsi istehsalıdır”, – deyə istehsalçı bildirir.

Soxulcan peyininin istehsalı üçün 70 % heyvan peyini, 30 % isə bitki mənşəli tullantılardan istifadə olunur. Ə. Ceylanın sözlərinə görə, iri buynuzlu heyvan fermalarından aldıqları gübrələri və digər heyvani tullantıları soxulcan yemi olaraq istifadə edirlər. Onlar fermentasiya əməliyyatından keçirildikdən sonra soxulcanın yeyə biləcəyi səviyyəyə gətirilir. Sonra bu hazır yem soxulcan olan hovuzlara tökülür. Eyni şəkildə bitki mənşəli tullantıları da soxulcan yeməyi halına gətirirlər.

İstehsalçı deyir ki, davamlı olaraq üstdən yeni yemləri verdikcə, altdan yetkin gübrələr alınır.

Müəssisə sahibi Ə.Ceylanın sözlərinə görə, çıxardıqları soxulcan gübrələrini daxili bazara təqdim edirlər. Amma Türkiyə bu məhsulu hələ yeni tanıyır. Mütəxəssis deyir ki, önümüzdəki illərdə orqanik sektorun ən vacib elementinin soxulcan peyini olacağı şübhəsizdir.

Mütəxəssislər bildirirlər ki, soxulcan peyinindən fındıq istehsalında da çox məhsuldar nəticələr əldə etmək mümkündür. Ceylanın sözlərinə görə, Giresundakı Fındıq Araşdırma İnstitutu ilə aparılan tədqiqatlar nəticəsində məlum olub ki, soxulcan peyinindən istifadə fındıqda 38 % artımı təmin edir. Bunun üçün fındıq ağacına 3 kiloqram soxulcan peyininin verilməsi kifayətdir. Həm də 4 il ərzində gübrənin təkrar tətbiqinə ehtiyac duyulmur. (Virtualaz.org)

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın