Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Londonda parlamentə hücum edən Xalid Məsud bunu tək edib – rəsmi qənaət

Londonda parlamentə hücum edən Xalid Məsud bunu tək edib – rəsmi qənaət

Westminster-ə hücum edən Xalid Məsud bunu tək edib və başqa planlaşdırılmış hücumların olduğunu güman etməyə səbəb yoxdur, Scotland Yard (Londona nəzarət edən polis) deyib.

Çərşənbə günü Xalid Məsud piyadaların üstünə maşın sürəndə 3 nəfəri öldürüb və 50-dən çox adamı yaralayıb. Bundan az sonra o, polisi bıçaqlayıb və digər polis tərəfindən güllələnərək öldürülüb.

Bütün bunlar 82 saniyə ərzində baş verib.

Polisin bildirdiyinə görə, ola bilsin “biz onun hərəkətlərinin səbəbini heç vaxt anlamayacağıq”.

Polis rəsmisi Neil Basu deyib: “Biz hələ də inanırıq ki, Məsud həmin günü tək fəaliyyət göstərib və digər hücumların planlaşdırıldığına işarə edən məlumat və ya kəşfiyyat yoxdur”.

“O, bunu təkbaşına hazırlasa da biz onun ağlabatmaz hərəkətlərinə tam aydınlıq gətirməliyik ki, londonlular arxayın ola bilsinlər, […] qurbanların ailələri isə suallarının cavablarını ala bilsinlər”.

Öldürülmüş polis Keith Palmerin ailəsi deyib ki, onun qoçaqlığı unudulmayacaq.

Cənab Palmeri xilas etməyə çalışanlardan biri olan millət vəkili Tobias Ellwood isə cəhdlərinin uğurlu olmadığına görə “ürəyinin sındığını” bildirib (BBC).

Keith Palmer, Kurt Cochran, Aysha Frade

 Soldan: hücumda həlak olan Keith Palmer, Kurt Cochran və Aysha Frade

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın