Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Samir Şərifov: “Dollar krediti ilə bağlı niyə güzəşt olmalıdır ki?”

Samir Şərifov: “Dollar krediti ilə bağlı niyə güzəşt olmalıdır ki?”

“Dollar krediti ilə bağlı nəyə görə kiməsə güzəşt edilməlidir?”

Fins.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov “Hökumət 5000 dollara qədər olan kreditlərə güzəşt edə bilərmi” sualına cavab verərkən deyib. Nazirin fikrincə, bu bir qrupa edilsə, sabah başqa qrup da deyəcək ki, onlara da güzəşt olunsun: “Bizdə olan məlumata görə, kredit götürənlər gözləmə mövqeyindədir ki, güzəşt olacaq. Buna görə ödəmir.

Digər tərəfdən, hər bir kəs kredit götürərkən hansı valyutada götürdüyünü bilir. Banklar xeyriyyə təşkilatı deyil. Onlar bir tərəfdən kredit verirsə, digər tərəfdən sizdən əmanət alır. Dövlət kompensasiya məsələsində əhaliyə sosial yardımlar verir. Həm də qeyd olunan məbləğ çox böyükdür. Dövlət niyə bankla müştəri arasına girməlidir? Vaxtilə yüksək faizlə kredit verəndə, gəlir əldə edəndə, heç dövlət yada düşmürdü. Banklar öz müştəriləri ilə bağlı məsələni öz aralarında həll etsin. Faizlərdən azaltsın, ödəniş müddətini uzatsın və s. Bu məsələdə Mərkəzi Bank da banklara güzəşt edə bilər”.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın