Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Azərbaycanda məzhəblər arasında ayrı-seçkilik yoxdur” – Mübariz Qurbanlı

“Azərbaycanda məzhəblər arasında ayrı-seçkilik yoxdur” – Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

Komitənin mətbuat xidmətindən  verilən məlumata görə, Mübariz Qurbanlı iki ölkə arasında din sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin mövcud olmadığını önə çəkən Komitə sədri ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb.

O bildirib ki, Azərbaycanda dini radikal qruplara qarşı ciddi mübarizə aparılır, ölkəmizdə bu cür qrupların sosial bazası mövcud deyil.

Azərbaycan – İran arasında etimad və dostluq münasibətlərinin bundan sonra da davam edəcəyini deyən səfir qarşılıqlı səfərlərin təşkilində, dini radikalizm və ekstremizmlə mübarizə çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

“Azərbaycanda məzhəblər arasında ayrı-seçkilik yoxdur” -  Mübariz Qurbanlı

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın