Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Sabiq icra başçısına 3 milyon manatlıq iddia qaldırılıb

Sabiq icra başçısına 3 milyon manatlıq iddia qaldırılıb

Cəlilabad rayon icra hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Dünən Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən iclasda Namiq Zeynalovun vəkilləri müdafiə çıxışı edib.

Müdafiəçilər çıxışlarında dövlət ittihamçısının tələblərinə etiraz edərək, məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.

İş üzrə zərərçəkmiş qismində tanınmış Cəlilabad Rayon İcra Hakimiyyəti dəymiş ziyana görə 3 milyon manat, DOST İş Mərkəzi isə 50 min manatlıq mülki iddia qaldırıb.

Müdafiə tərəfi zərərçəkmiş qurumların tələblərinin əsassız olduğunu deyib.

İttiham olunan sabiq icra başçısı son söz üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 4-nə kimi təxirə salınıb.

Qeyd edək ki, prokuror Namiq Zeynalovun 13 il azadlıqdan məhrum olunmasını istəyib.

Xatırladaq ki, Namiq Zeynalov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.(APA)

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …