Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Özbəkistanda vəziyyət gərginləşir

Özbəkistanda vəziyyət gərginləşir

Özbəkistanın Qaraqalpaq vilayətinin mərkəzi Nukus şəhərində etiraz aksiyasının qarşısı alınıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda asayişin bərpa olunduğu bildirilir.

Qeyd olunur ki, iyulun 1-də saat 15.00-dan başlayaraq Qaraqalpaqstanın bəzi sakinləri respublikada keçirilən konstitusiya islahatlarının yanlış təfsir edilməsi səbəbindən Nukus şəhərində yürüş təşkil ediblər. Bunun ardınca onlar kəndli bazarına yığışaraq qanunsuz nümayiş keçiriblər. İctimai asayişin bərpa olunması və qanun pozuntusunun qarşısını almaq üçün bazara hüquq-mühafizə orqanlarının şəxsi heyət və texnikası cəlb olunub. Hazırda şəhərdə ictimai asayiş bərpa olunub.

Xatırladaq ki, Qaraqalpaqstan Özbəkistanın tərkibində muxtar respublikadır. Ölkənin şərqində yerləşən muxtar qurum Özbəkistan ərazisinin 40 faizini əhatə edir. Özbək və qaraqalpaq dilləri muxtar respublikanın rəsmi dilləridir.

Onu da qeyd edək ki, çərşənbə günü keçirdiyi iclasda Özbəkistan Mərkəzi Seçki Komissiyası konstitusiyaya düzəlişlə bağlı referenduma dair məsələni müzakirə edib. 1992-ci ildə qəbul edilmiş hazırki Əsas Qanuna iki yüzədək dəyişiklik təklif edilib. Yeni layihəyə görə, Qaraqalpaqstanın referendum yolu ilə Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddə konstitusiyadan çıxarılır.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …