Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Şərur rayonunda yeni fındıq bağı salınıb

Şərur rayonunda yeni fındıq bağı salınıb

Şərur rayonunun Yengicə kəndində 1 hektar sahədə yeni fındıq bağı salınıb.

Naxcivantv.az xəbər verir ki, bağ gənc bağban Babək Seyidova məxsusdur. O, Türkiyədən tez ərsəyə gələn, məhsuldar tinglər gətirib:

“Tingləri Türkiyənin Samsun vilayətindəki bir fındıqçılıq təsərrüfatından alıb gətirmişəm. Giresun sortudur, çox məhsuldar sortdur. 1 hektar sahədə iki min ədəd ting əkmişəm. Gələcəkdə sahəni böyüdəcəm və 35 min ədəd ting alıb gətirəcəm”.

Naxçıvan MR-sı Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan MR-da meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq yaşıllaşdırma işləri davam etdirilir. Təkcə 2016-cı ildə 546 hektar ərazidə yaşıllaşdırma tədbirləri aparılıb. O cümlədən 200 hektardan artıq sahədə yeni meyvə bağı salınıb. Bu ilin yaz əkinlərində isə 225 hektar yeni yaşıllıq sahəsi salınıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın