Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Rusiya mətbuatı Lotu Qulidən yazdı – “Türkiyədən olan oğru Rusiyada xərac yığır…”

Rusiya mətbuatı Lotu Qulidən yazdı – “Türkiyədən olan oğru Rusiyada xərac yığır…”

Rusiya KİV-də zaman-zaman “qanuni oğru”lar haqqında yazılar dərc edilir, o cümlədən “Lotu Quli” kimi tanınan Nadir Səlifov haqqında.
Moderator.az bu gün-oktyabrın 7-də axşam saatlarında Rambler.ru saytında “Türkiyədən olan oğru Rusiyada xərac yığır” başlığı altında yazının oxucularımız üçün maraqlı olacağını nəzərə alıb təqdim edir.
“İnternet üzərində total nəzarət qanunu fikirləşən Rusiya Dövlət Dumasının burnunun altında, internet-texnologiyadan istifadə etməklə qanunu oğru Moskva komersantlarından xərac yığır.
Söhbət, Lotu Quli kimi tanınan Nadir Səlifovdan gedir. O Kalujsk şossesindəki böyük topdan satış bazarlarındakı biznesmenlərdən xərac toplayır. Üstəlik, kriminal avtoritet Türkiyədə oturub reket qurbanları ilə 90-cı illərin üslubunda, amma yeni texnologiyadan istifadə etməklə əlaqə saxlayır. Hüquq-mühafizə orqanları isə beynəlxalq axtarışa verilmiş şəxsi tapa bilmirlər.
Kalujskdakı bazarlara əvvəllər başqa qanunu oğru –Rövşən Canıyev (Rövşən Lənkəranski) nəzarət edib. İki il əvvəl onu güllələyiblər və bazarlar Zaur adlı avtoritetə keçib. Məhz Quli ondan bu “biznesi” qoparıb.
Quli Türkiyədə olmasına baxmayaraq, biznesmenlərlə şəxsən özü danışır. O internet-videokonfrans vasitəsi ilə onlara xərac təyin edir. Reketlər biznesmenləri toplayır və noutbuk vasitəsilə seans təşkil edirlər. Quli onların hamısını görür və əmr verir: ”Sən hər ay iki milyon rubl verəcəksən, sən üç”. Məbləğlər müzakirə olunmur.
Səlifov bu yaxınlarda Çernoqriyada saxlansa da, Rusiyaya ekstradisiyası olmayıb.
“Səlifovun çox böyük kapitalı bu cür problemləri də həll etməyə imkan verir. İki gündən sonra Çernoqoriyadan Moskvaya məlumat verdilər ki, onlar Qulini buraxıblar ki, hara istəyir getsin”-mənbə belə deyir.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …