Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual /  Sürücünü şərləyərək pul tələb edən adamın əməli ifşa olundu – Bu dəfə özü minnətçi düşdü…

 Sürücünü şərləyərək pul tələb edən adamın əməli ifşa olundu – Bu dəfə özü minnətçi düşdü…

Bir neçə müddətdir ki, ekspertlər paytaxt Bakıda və bir çox bölgələrimizdə sürücülərə qəsdən problem yaradan kəmfürsətlərlə bağlı məlumat verirlər. Məsələn, mobil telefonunu avtomobilə vuraraq sürücüdən pul tələb edən adamlar kimi. Daha bir oxşar hadisə Cəlilabad rayon Muğan kənd sakini Tural Əlihüseynovun başına gəlib.

Sentyabrın 19-da Tural Əlihüseynov “Chevrolet” markalı avtomobili ilə rayonun Uzuntəpə kəndindən rayon istiqamətində hərəkətdə olarkən, qəfildən avtomobilin qarşısına azyaşlı qız qaçıb. Son anda əyləcə basaraq avtomibili saxlayan sürücü xoşbəxtlikdən azyaşlını vurmayıb. Azyaşlı qız yolu keçdikdən sonra qaçdığı üçün ayağı yol qırağında səkiyə ilişərək yıxılıb. Sürücü yenə hümanistlik göstərib. Avtomobili saxlayaraq onu yerdən qaldırıb, həkimə aparmağı təklif etsə də, azyaşlı razı olmayıb. Buna ətrafda olan kənd sakinləri də şahid olublar. T.Əlihüseynov kənd sakinlərinə əlaqə nömrəsini verərək, qonşu kənddə yaşadığını, əgər azyaşlının valideynlərinin nəsə narazılıqları olsarsa, onunla əlaqə saxlamağı xahiş edib.

Hadisədən bir gün sonra azyaşlının atası Uzuntəpə kənd sakini Hüseynov Cəfər Vahab oğlu T.Əlihüseynovun yaşadığı kəndə gələrək onun qızını avtomobillə vuraraq ərazidən qaçdığını iddia edib. Sonra isə bildirib ki, “Qızım yıxıldığı üçün ayağı burxulub, mənə dərman pulu ver!”. Sürücü bu dəfə də öz hümanist addımından qalmayıb, azylaşlının qız uşağı olduğunu nəzərə alaraq insanlıq naminə C.Hüseynova 30 manat pul verib. On gün sonra Cəfər Hüseynov yenidən T.Əlihüseynova zəng vuraraq iddialı danışıb: “Dolanışığım pisdi. Qızımı vurub qaçıbsan. Demirəm on min manat ver, on mindən aşağı nəyə imkanın çatır mənə pul ver, verməsən, səndən polisə şikayət edəcəm. Şahidlərim də var”.

T.Əlihüseynov Cəfər Hüseynovun artıq oyun qurduğunu və ondan qurtula bilməyəcəyini başa düşərək bu dəfə özü polisə şikayət edərək başına gəlmiş hadisəni nəql edib. Bölməyə Cəfər Hüseynov və onun azyaşlı qızı da dəvət edilib. Ekspertizadan keçirilən azyaşlını məlum olub ki, avtomobil vurmayıb, o, doğrudan da yıxılıb. Sürücünü qorxudaraq pul tələb edən Cəfər Hüseynovun pul tələb etmək arzusu puça çıxıb. Cəfər Hüseynov bu dəfə barışmaq üçün özü Tural Əlihüseynova minnətçi düşüb. T.Əlihüseynov isə israrlıdır, bu adama belə hərəkəti dərs olsun deyə müvafiq orqanlara yenidən şikayət edəcəyini, hətta C.Hüseynovu onu şərlədiyi üçün məhkəməyə verəcəyini bildirib. \\moderator.az\\

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …