Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Rusiya, Azərbaycan və İran vahid elektroenerji kəməri yaradacaqlar

Rusiya, Azərbaycan və İran vahid elektroenerji kəməri yaradacaqlar

Rusiya Azərbaycan və İranla vahid elektroenerji kəməri yaradılması üçün birgə hərəkət edir.

“AzərTAc” xəbər verir ki, bunu bu gün sabiq energetika naziri Natiq Əliyevin xatirəsini yad etmək üçün Bakıya gələn Rusiyanın enerji naziri Aleksandr Novak bildirib.

A.Novak deyib ki, Rusiya Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir: “Biz energetika, qonşu ölkələrin əlaqələrinin inkişafı, o cümlədən energetika Azərbaycan və İranla birgə vahid elektroenerji kəmərinin yaradılması üçün birgə işləyirik. Rusiya və Azərbaycan neft bazarının tənzimlənməsi üçün əldə olunan razılaşmanı reallaşdırır. Azərbaycan BU məsələdə açar ölkələrdən biridir. Rusiya və Azərbaycan qaz sahəsində də əməkdaşlığı davam etdirir. Bu, iqtisadi-ticari əməkdaşlıq sahəsində perspektivli sahələrdən biridir”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın