Şənbə , May 30 2020
Ana səhifə / Kriminal / Rayonlarda ot bahalaşdı, heyvan satışında qiymətlər artdı – FOTOLAR

Rayonlarda ot bahalaşdı, heyvan satışında qiymətlər artdı – FOTOLAR

Bərdə rayonunda iribuynuzlu və xırda buynuzlu heyvanlar bahalaşıb. 
 
Musavat.com xəbər verir ki, həftənin cümə günü olan “mal bazarı”nda alverçilər şok qiymət arıtmı ilə üzləşiblər. Qiymətlərin gözlənilməz dərəcədə  artımımın şahidi olan Nicat adlı mal alverçisi vəziyyəti belə izah edir:
“Həftənin 5-ci günündən bəri mal bazarında qiymətlər artıb. Yerli camaat gətirdikləri heyvanları əvvəlkindən 100-150 manat artıq qiymətə təklif edir. Ötən həftə baş tutan bazarda 100 kiloqramlıq heyvan 400-450 manata satılırdısa, indi 550-600 manata təklif olunur. Diri heyvanın çəkisi 6 manatdan aşağı hesablanmır. Həftədə bir dəfə təşkil olunan bazara əsasən Bakı alverçiləri gəlirlər. Onlar da qiymətlərin bu dərəcədə artımını gözləmirdilər. Bir neçəsi əliboş qayıtdı. Yəqin ki, bu Bakıda ətin bahalaşmasına səbəb olacaq”.
Alverçi mal-qaranın qiymətində artımın olmasını heyvan yemlərinin bahalaşması ilə əlaqələndirdi: “Çiyid, jımıx, arpa və sair bu kimi yemlərin bahalaşması heyvanların  da bahalaşmasına gətirib çıxardı. Bu yemlər 60 qəpik – 1 manat arasında satılırdı, indi yemlərin qiymətində 30-50 qəpik bahalaşma var. Bu növ yemlərin əksəriyyəti xaricdən gətirilir ki, həmin yemlər dollarla alındığından 50 faiz bahalaşıb. Bu da heyvanların qiymətinə təsir göstərir. Ot qıtlığı da bahalaşmaya səbəb oldu. Qış fəsli ilə əlaqədar rayonda ot qıtlığı var. 1 bağlama otun qiyməti 2-3 manat civarındadır. Misal üçün, yonca bağlaması 2 manat 50 qəpikdən 3 manata qədər, təbii ot 2manat, 2 manat 50 qəpiyə, ən ucuz başa gələn saman bağlaması isə 1 manat 50 qəpiyə təklif olunur. Bütün bu  səbəblərdən mal-qaranın qiymətlərində bahalaşma davam edəcək”.






Həmçinin oxuyun

Həbsdəki sabiq icra başçılarının məhkəməsi nə vaxt olacaq?

Hazırda istintaq altında olan sabiq məmurlar sırasında 5 icra başçısı, bir nazir müavini və Mədəniyyət …

Bir cavab yazın