Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Qlobal bazarlarda neftin qiymətini təhdid altına alan 12 səbəb – TƏHLİL

Qlobal bazarlarda neftin qiymətini təhdid altına alan 12 səbəb – TƏHLİL

Yanvar ayının 10-da London birjasında keçirilən hərracların gedişində Brent etalon markalı neftin mart fücers qiyməti barel hesabı ilə 1,11% ucuzlaşaraq $54,33, Nyu-York birjasında keçirilən hərraclarda isə WTİ etalon markalı neftin fevral fücers qiyməti isə 0,90% ucuzlaşaraq barel hesabı ilə $51,49 təşkil etdi ki ,bu isə yanvar ayının 9-da elan edilən fücers qiymətləri ilə müqayisədə 4 % ucuzlaşma deməkdir.Baxmayaraq ki , neftin qiymət artımına təkan verən amillərdə mövcud idi.Məsələn , dolların dünyanın digər aparıcı maliyyə alətlərinə nisbətdə ucuzlaşması, Rusiya , SƏ ,Küveyt ,Oman və Venesuela kimi potensial hasilatçı ölkələrin Vyana anlaşmasının şərtlərinə uyğun sutkalıq hasilat həcmilərinin azaltmaları ilə bağlı OPEC Manitorinq Komitəsinə verdikləri məlumat ,SƏ,Küveyt və BƏƏ-nin neft bazarlarında daim vahid mövqedən çıxış edən ölkələrin müştəri bazarlarında olan potensial alıcıları ilə fevral, mart aylarından başlayaraq gündəlik ixrac həcmilərində azalmaların olması ilə bağlı əvvəlcədən rəsmi məlumatlandırmaları və sairə. Deməli , neftin qiymətini təhdid altına alan səbəblər onun artmasına stimul verən səbəblərdən daha ciddi imiş.Neftin qiymətini təhdid altına alan əsas amillər aşağıdakılardır.
1.Bazar iştirakçılarının və investorların Vyana sazişinin effektivliyinə inamın olmaması.
2.OPEC üzvü İranın müəmmalı neft ixracı.Burada söhbət neft tankerlərində saxlanan 13 ÷ 15,5 mln.bar. neft həcmilərinin ixraca yönəltməsindən gedir.Maraqlı olan odur ki , İranın bu addımı SƏ – nın fevral ayından başlayaraq hazırda ən cəlbedici bazar olan Asiya Sakit Okean Regionu bazarlarında olan müştəriləri ilə ixrac həcmilərinin azaldılması ilə bağlı danışıqlara başladığı ana təsadüf edir.Burda təxmin etmək olar ki ,İran neft bazarlarını təhdid altına almağa qadir kifayyət qədər satışa hazır neft ehtiyatlarına malikdir.Əslində bu belədir.
3.OPEC üzvü İraqın yanvar ayında ixrac həcmilərini artırması ilə bağlı verdiyi açıqlamadır. Yanvar ayında İraqda sutkalıq ixrac həcmiləri 3,5 mln.bar.təşkil etmişdir. Məsələ burasındadır ki, İraqın da əsas hədəfi məhz Asiya bazarlarıdır. Bu addım qarşıdakı aylarda özünün mənfi nəticələrini mütləq göstərəcək.
4.Daha bir ciddi səbəb də var ki , o da real bazara neqativ təsir göstərəcək. Bu da yanvarın ilk günlərində bazar iştirakçılarının aktivlərində olan uzun dövürlü neft fücerslərini və neft opsionlarını durmadan xərcləmələridir ki , bazar iştirakçıları artıq Vyana sazişinin effektivliyinə inanmır.
5.ABŞ-da 2016-cı ilin mart ayından etibarən başlayan qazma aktivliyi.Keçən iş həftəsində ABŞ-da aktiv qazma qurğularının sayı artaraq 529 ədədə kimi artmışdır.Diqqət çəkən məqam ondan ibarətdir ki , ABŞ-da qazma aktivliyi 2016-cı il Doha görüşünə təsadüf edir.
6.Kanadada qazma aktivliyinin müşahidə edilməsi.Dekabr 2016-cı il tarixdə Kanadada aktiv qazma qurğuları rekord həddə 36 ədəd artaraq 209 ədəd təşkil etməsidir.
7.Dünyada qazma aktivliyini müşahidə edilməsi.Bu da neft bazarlarına yaxşı heç nə vəd etmir. Belə ki , 2016-cı ilin dekabr ayında dünya üzrə aktiv neft və qaz qazma qurğularının sayı 94 ədəd artaraq 1772 ədədə çatmışdır.
8.ABŞ-ın strateji neft ehtiyatlarının bir hissəsini satışa çıxarması ilə bağlı addımı.2017-2025 -ci illər ərzində ABŞ Energetika Nazirliyi sərəncamında olan 696 mln.bar. strateji neft ehtiyatından 137÷190 mln.barelini satmağı planlayır.Qeyd etmək lazımdır ki , bu addım hələ keçən ilin sentyabr ayından gündəmdə idi və OPEC-in Vyana toplantısı ərəfəsinə təsadüf edirdi.
9.2014-cü ilin yayından başlayaraq qlobal neft bazarlarında neft kotirovkalarının çökməsinə qismən məsuliyyət daşıyan ABŞ şist neft hasilatçıları qazma avadanlıqlarının standartlaşdırılması və hasilat xərclərinin yarıbayarı azaldılması fonunda şist neftinin maya dəyərinin $30÷40 barelə qədər azaltmağa nail oldu ki , bu da son nəticədə OPEC rezidentlərinin və qeyri -rezidentlərinin neft bazarlarında tarazılığın bərqərar olmasına hesablanmış bütün cəhdlərini alt-üst etdi.Qarşıdakı aylarda neftin hazırki qiymətləri fonunda şist neft hasilatçıları gündəlik hasilatı 500.000 barelə kimi artırmağı planlaşdırır.
10. Yeni seçilmiş ABŞ prezidenti D.Tramp administrasiyasının yanvar ayının 20-dən sonra Tomas Payl tərəfindən hazırlanmış və özündə 14 addımı ehtiva edən Enerji Proqramının icrası da neft bazarlarının gələcəyinə yaxşı heç nə vəd etmir.Proqramda iki addım xüsusilə qeyd edilməlidir.
a) İqlim məsələləri ilə.bağlı Paris sazişindən çıxmaq.
b) karbohidrogen ehtiyatlarının çıxarılmasına və nəqlinə qoyulan məhdudiyyətləri qanunvericilik səviyyəsində aradan qaldırmaq.
11.Çindən gələn xəbərdə bazar üçün qənaətbəxş deyil.Çin 2016-2020 -ci illər ərzində ölkədə enerji resurslarının istehlakının illik artımını ildə 2,5% azaltmağı qarşısına məqsəd qoyub.Deməli , idxal həcmilərində azalma müşahidə ediləcək və bura Çinin alternativ energetikaya böyük önəm verməsini də əlavə etsək , qarşıda tam fərqli bir mənzərənin mövcudluğunu sezərik.
12.OPEC üzvü olan , lakin ictimai-siyasi vəziyyətlə əlaqədar güzəştə malik Liviya və Nigeriyanın da hadilat həcmilərini artırmaq planları bazara özünün neqativ təsirini göstərəcəkdir.Deyim ki , hər iki ölkədə artıq hasilat həcmilərinin artması müşahidə edilməkdədir.
Görünən odur ki , neftin qiymətini təhdid altına alan səbəblər çoxdur və çox ciddidir.

Zəfər VƏLİYEV

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın