Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Qiyməti 11 manat olan əti 7 manata harda və necə satacaqlar? – VİDEO

Qiyməti 11 manat olan əti 7 manata harda və necə satacaqlar? – VİDEO

Bayramqabağı paytaxtda təşkil olunacaq yarmarkalarda mal və qoyun əti qiymətinin maksimum 7 manat olacağı deyilir. Artıq paytaxtın Xətai rayonunda təşkil olunan yarmarkada ətlərin üzərinə bu qiymətlər vurulub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, bayramqabağı yarmarkalara 10 tona yaxın ət çıxarılacaq və bununla da süni qiymət artımının qarşısı alınacaq. Ətin 1 kiloqramının qiyməti 6-7 manat arasında dəyişməsi bazarlara da təsir edəcək və paytaxtın digər nöqtələrində də ət satanlar məcbur olub qiyməti salacaqlar.

Ancaq yarmarkalardan kənarda ət satanlar heç də belə düşünmürlər.

Satıcıların sözlərinə görə, yaxın bir neçə ayda ətin qiymətində ciddi azalma olacağı gözlənilmir. (“Xəzər TV”)

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın