Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Kanadanın baş naziri Ziya Məmmədovla bağlı korrupsiya işinə münasibət bildirdi

Kanadanın baş naziri Ziya Məmmədovla bağlı korrupsiya işinə münasibət bildirdi

Kanadanın baş naziri Castin Tryudo bu ölknin təyyarə və qatarlar, digər nəqliyyat avadanlıqları istehsal edən qlobal “Bombardier” şirkətinin İsveç nümayəndəliyinin əməkdaşının Azərbaycan vəzifəliləri ilə korrupsiya sövdələşməsinə görə həbs edilməsinə şərh verib.

Baş nazir Kanada şirkətlərinin işlədikləri xarici ölkələrdə “qanunlara və etik standartlara əməl etməli olduğunu” bildirib.

Xəbər verildiyi kimi “Bombardier” şirkətinin İsveç törəmə şirkətinin əməkdaşı, Rusiya vətəndaşı Yevgeni Pavlov “Azərbaycan Dəmir Yolları” QSC ilə bağlanan müqavilədən cəmi 80 milyon dollar “otkat” alınması işi üzrə ötən gün Stokholmda həbs edilib. Həmin “otkat”ın 56 milyon dolları Londonda qeydiyyatdan keçmiş “Multiserv Overseas” şirkəti üzərindən Azərbaycan məmurlarına ötürülüb. Həəmin müqavilə Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik hissəsinin siqnalizasiya avadanlıqları ilə təchiz edilməsini nəzərdə tuturdu və 2013-cü ildə bağlanmışdı. O dövrdə “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi.

“Assosiated  Press” bildirir ki, baş nazir Tryudo ABŞ-ın Hyuston şəhərində keçirilən ümumdünya neft konfransı zamanı jurnalistlərin bu qalmaqal barədə sorğusunu cavablandırıb. “Kanada hökuməti gözləyir ki, Kanadaşirkətləri və kanadalılar xaricdə işləyərkən ən yüksək etik və hüquqi standartlara əməl edəcəklər”-baş nazir bildirib.

Castin Tryudo deyib ki, İsveçdəki qalmaqal Kanada hökumətinin “Bombardier” şirkətinə 372 milyon dollar kreditin ayrılmasına dair ötən il irəli sürdüyü təklifə təsir etməyəcək. Çünki bunlar bir-birindən tamamilə ayrı məsələlərdir. (Virtualaz.org)

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın