Cümə , Oktyabr 30 2020
Ana səhifə / Kriminal / Qiymətli kağızlar bazarında 36%-lik – AZALMA

Qiymətli kağızlar bazarında 36%-lik – AZALMA

2015-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 8 milyard 455,5 milyon manatlıq əməliyyat aparılıb. Bakı Fond Birjasından fins.az-a verilən məlumata görə, bu, 2014-cü illə müqayisədə 35,6% azdır. Bununla belə, fond bazarında bağlanmış əqdlərin sayı 45,4% artaraq 53 367 təşkil edib.

Törəmə alətlərə maraq artıb

Ötən il bazarın 73,3%-i törəmə maliyyə alətləri bazarının payına düşüb. Bu bazarda 6 milyard 194,4 milyon manatlıq əməliyyat olub ki, bu da əvvəlki illə müqayisədə 38,3% çoxdur.

İstiqraz və səhm buraxışılına maraq azalıb

Əməliyyatların həcminə görə 2-ci yerdə borc alətləri bazarı tutub. 2015-ci ildə 1 milyard 837,1 milyon manatlıq istiqraz alınıb-satılıb. Bu da 2014-cü ilə nisbətən 46,9% azdır. Səhm bazarında isə 279,5 milyon manatlıq əməliyyat aparılıb. Bunun da 96%-i və yaxud 268,7 milyon manatlıq hissəsi ilkin səhm bazarının payınü düşüb. Əvvəlki illə müqayisədə səhmlərin alqı-satqısı 72,8% azalıb. Məsələ ondadır ki, 2014-cü ildə Azərbaycan bankları AMB-nin məcmu kapitalla bağlı tələbini yerinə yetirməli idi, buna görə də, səhm emissiyası həyata keçirirdilər. 2015-ci ildə buna ehtiyac colmayıb. Ötən il repo əməliyyatlarında da kəskin azalma baş verib – 28,6 dəfə. Bu bazarda əməliyyatların həcmi 123,8 milyon manat olub.

Mərkəzi Bank fond bazarına çıxmayıb

Dövlət qiymətli kağızlar bazarında isə əməliyyatlar 29,6 dəfə azalaraq 20,8 milyon manata düşüb. Ötən il bu bazarda yalnız Maliyyə Nazirliyi iştirak edib. Amma qurum yeni istiqraz buraxmayıb. Azərbaycan Mərkəzi Bankının notları isə ümumiyyətlə bazara çıxarılmayıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın