Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Kriminal / Prezidentin köməkçisi: “SOCAR-ın səhmləri satışa çıxarıla bilər”

Prezidentin köməkçisi: “SOCAR-ın səhmləri satışa çıxarıla bilər”

SOCAR-ın səhmləri satışa çıxarıla bilər.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib. “Bilirsiniz ki, dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırığı var. Dövlət müəssisələrinin gələcəkdə səhmlərinin müəyyən hissəsinin azad bazara çıxarılması baş tuta bilər. Lakin bunun üçün şirkətlərin görəcəyi bir çox işlər var ki, bunlardan əsası korporativ idarəetmə standartlarının tətbiqi, şəffaflığın artırılması, maliyyə açıqlığının təmin olunması. SOCAR bu gün bu standartlara cavab verir. Buna görə, bir gün SOCAR səhmlərinin müəyyən hissəsini satışa çıxara bilər. Lakin digər şirkətlər hələlik buna hazır deyil”, – deyə o bildirib.

*   *   *12:35

“Maliyyə bazarlarının inkişafı üçün Azərbaycan hökuməti daha bir addım atıb. Belə ki, qiymətli kağızların 3 il müddətinə vergidən azad olunması ilə bağlı güzəştə yenidən baxan hökumət, hazırda müddətsiz vergidən azadetmə ilə bağlı qərarını açıqlayıb”.

Fins.az xəbər verir ki, Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov SOCAR istiqrazlarının təqdimat mərasimində belə bir açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, SOCAR-ın öz gəlirlərini Azərbaycan xalqı ilə bölüşməsinə imkan yaradan bu istiqrazlar, həm də ölkədə qiymətli kağızlar bazarının inkişafına yeni təkan verəcək.

Həmçinin oxuyun

Rüşvət alan vəzifəli şəxslərin məhkəməsi başlayır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rüşvət almaqda təqsirləndirilən sektor müdiri Elvin Nağıyev və sektorun məsləhətçisi Araz …

Bir cavab yazın