Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Polis “Bibixanım”ı tutdu – Foto

Polis “Bibixanım”ı tutdu – Foto

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirdiyi zamanı “Bibixanım” ləqəbli narkotacir tutulub.

İdarəyə Əhmədli qəsəbəsi Zığ yolu küçəsində Xalidə adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə məlumat daxil olub. 

Həmin şəxsin saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı Xətai rayon sakini Xalidə Ağayeva tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman X.Ağayevanın üzərindən 78,173 qram, yaşadığı evdən isə 3 kiloqaram 20 qram narkotik vasitə heroin, 194,645 qram tiryək, 500 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. 

X.Ağayeva ifadəsində bir müddətdir ki, narkotiklərin satışı ilə məşğul olduğunu, həmçinin tanınmasın deyə hər kəsə özünü “Bibixanım” deyə təqdim etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …