Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Palata: Bağlanan bəzi banklar BOKT-a çevrilməyə maraq göstərir

Palata: Bağlanan bəzi banklar BOKT-a çevrilməyə maraq göstərir

Lisenziyası ləğv edilmiş “Parabank” bank olmayan kredit təşkilatına (BOKT) çevrilməklə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib.

“APA-Economics”in sorğusuna cavab olaraq MBNP-dən bildirilib ki, bankın BOKT-a çevrilməsi üçün bir sıra hüquqi prosedurlar həyata keçirilməlidir.

“Bunlar arasında ən əsası bank əmanətlər üzrə bütün öhdəliklərini həyata keçirməlidir. Hazırda “Parabank”da qorunan əmanətlərin ödənişi bitib və qorunmayan əmanətlərin ödənişinə başlanılıb. Düşünürük ki, bu proses 1 ay ərzində bitəcək və o zaman biz bu müraciətə müsbət baxacağıq”, – deyə məlumatda vurğulanıb.

Palatadan o da bildirilib ki, lisenziyası ləğv edilmiş digər banklardan da BOKT-a çevrilməyə maraq göstərənlər olub.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın