Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Neftçi ailələrinə və xilas edilənlərə veriləcək təzminat açıqlandı – VİDEO

Neftçi ailələrinə və xilas edilənlərə veriləcək təzminat açıqlandı – VİDEO

“Günəşli” neft yatağının 10-cu platformasında baş vermiş yanğın zamanı orada olan 63 nəfərdən dünyasını dəyişənlərin ailələrinə, sağ qalanların isə özlərinə konpensasiya veriləcək.

Fins.az xəbər verir ki, Dövlət Neft Şirkətinin işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi Fuad Əlizadə ANS-ə müsahibəsində veriləcək təzminatların məbləğini açıqlayıb: “Maddi yardım verilməsi qaydalarına uyğun olaraq işçi vəfat etdikdə, işçinin ailə üzvlərinin birinə əmək haqının 20 misli qədər təzminat ödənilir. Eyni zamanda vəfat edən işçinin uşağının həddi buluğa, yəni 18 yaşına çatana qədər hər ay əmək haqqının 2,5 misli qədər təzminat ödənilir.

Eləcə də vəfat edən işçinin övladı hər hansı bir ali məktəbdə əyani təhsil alırsa, 23 yaşa çatanadək, əmək haqqının 2,5 misli qədər təzminat ödənilir. Bundan başqa Dövlət Neft Şirkətinin işçiləri həyat sığortası ilə sığortalanıb”.

 

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın