Dünya birjalarında neftin bahalaşması davam edir.
Axar.az xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində VTI neftinin qiyməti 1 barrelə görə 0,62 dollar artaraq 51,68 dollar təşkil edib.
İCE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,52 dollar artaraq 54,46 dollar olub.
Qeyd edək ki, “Brent” markalı neftin qiymətində 2009-cu ildən bəri görünməmiş rekord artım müşahidə olunur. Həftə ərzində “Brent” markalı neft 12,3%, VTI isə 11,4% bahalaşıb.
Nefti bahalaşdıran əsas səbəb OPEK-ə üzv ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılıqdır.