Bazar , Avqust 25 2019
Ana səhifə / Kriminal / Naxçıvanda tullantı poliqonları tikiləcək

Naxçıvanda tullantı poliqonları tikiləcək

Azinforum.az  “Şərq qapısı” qəzetinə istinadən  xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında tullantı poliqonlarının tikilməsi nəzərdə tutulub. Bu barədə qəzetdə dərc olunan “Təmizlik Naxçıvanın iman yoludur” sərlövhəli yazıda ətraflı məlumat verilib.

Qeyd olunub ki, məişət tullantılarının toplanması, çeşidlənməsi və məhv edilməsi heç də həlli asan məsələ deyil. Hətta inkişaf etmiş ölkələrdə də tullantılarla bağlı ortaya çıxan problemlər artıq qlobal xarakter daşımağa başlayıb. Çünki söhbət ətraf mühitin, ekologiyanın mühafizəsindən gedir. Təkcə 2015-ci ildə Naxçıvan şəhərindən daşınan məişət tullantıları həcminin çəkisi 4674,7 ton təşkil edib. Bu da aylıq 390 ton, gündəlik isə 13 tona yaxın məişət tullantısı deməkdir.
Bildirilir ki, muxtar respublikada məişət tullantılarının zərərsizləşdirilməsi məqsədilə tullantı poliqonlarının yaradılması hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda öz əksini tapıb. Bu sahədə icraçı orqan – Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə Naxçıvan Muxtar Respublikasında məişət tullantılarının çeşidlənməsi, utilizasiya edilməsi üçün tullantı emalı zavodunun tikilməsi ilə əlaqədar ilkin layihələşdirilmə sənədlərinin hazırlanması istiqamətində işlər davam etdirilir. Naxçıvan şəhərinin şimal-qərb istiqamətində, Naxçıvan-Sədərək magistral avtomobil yolunun sol hissəsində bərk məişət tullantıları emalı zavodunun tikintisinin aparılması üçün yer seçilib, ərazi ekoloji ekspertizadan keçirilib və ərazinin ekoloji qiymətləndirilməsinə dair rəy verilib. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Kəngərli, Babək, Şahbuz, Culfa və Ordubad rayonlarında bərk məişət tullantılarının formalaşması üçün məntəqələrin tikilməsi məqsədilə yerlər seçilib və həmin ərazilər aidiyyəti orqanlar tərəfindən xəritələşdirilib. Cari ildə bu istiqamətdə mərhələli olaraq işlər davam etdirilir.

Həmçinin oxuyun

Gənclərin “yaxşı oğlan” söhbəti cinayətlə nəticələnib: həbs edilən şəxs niyə psixi xəstəliyə düçar olub…

Bakıda gənclər arasında baş verən mübahisə qanlı bitib. Mübahisəyə səbəb isə gənclərin “yaxşı oğlan” söhbəti …

Bir cavab yazın