Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Naxçıvanda 2 meqavatlıq yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Naxçıvanda 2 meqavatlıq yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Sentyabrın 8-də Naxçıvanda 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.

“Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Muxtar respublikanın Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verib ki, 2016-cı il noyabrın 11-də İsveçrənin “Pure Energy Development” SARL Şirkəti ilə müqavilə bağlanıb və Naxçıvan Günəş Elektrik Stansiyasının ikinci ərazisində 1,3 meqavat, beşinci ərazisində isə 0,7 meqavat gücündə 7 min 700 ədəd şüşə-şüşə tipli günəş panelləri quraşdırılıb. Tikinti işləri aparılarkən stansiya ərazisində müvafiq inventarlar, transformatorlar, kommutasiya aparatları, 2 transformator yarımstansiyası da quraşdırılıb və digər tədbirlər həyata keçirilib.

Günəş Elektrik Stansiyası ilə tanışlıq zamanı bildirilib ki, stansiyada istehsal olunan elektrik enerjisinin şəbəkəyə ötürülməsi və istehlakçılara itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb. Panellərlə transformator yarımstansiyaları arasında kabel xətləri çəkilib, stansiya ərazisi çəpərlənib və digər təhlükəsizlik tədbirləri görülüb.

Ali Məclisin Sədri “Pure Energy Development” SARL Şirkətinin icraçı direktoru Mişel Kaleramiyə və şirkətin kollektivinə təşəkkür edib, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin bundan sonra davam etdirələcəyini bildirib, energetika sahəsində kadr hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verib.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …

Bir cavab yazın