Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Natiq Əliyev: “Şimal-Cənub nəqliyyat dəhlizi yaradılır”

Natiq Əliyev: “Şimal-Cənub nəqliyyat dəhlizi yaradılır”

İrana qarşı sanksiyaların aradan qaldırılması İran və Azərbaycan əlaqələrində çox böyük rol oynayacaq.

Virtualaz.org xəbər verir ki, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev deyib.

Nazir bildirib ki, iki ölkə arasında nəqliyyat sahəsində böyük işlər görülür: “Şimal-Cənub nəqliyyat dəhlizi yaradılır. Bu, nəinki tranzit məqsədlər üçündür, eləcə də elektrik enerjisinin Rusiyadan Azərbaycana, Azərbaycandan da İrana ixracını nəzərdə tutur”.

N.Əliyevin sözlərinə görə, bu məqsədlə işçi qrupu yaradılıb, hər üç ölkənin energetika nazirləri bunun üzərində işləyir: “Azərbaycan və İranın neft-qaz və enerji sahələrində böyük layihələri var. O cümlədən İran qazının Azərbaycandan tranzit olunması, Azərbaycan qaz anbarlarının İran tərəfindən istifadısi və digər məsələlər gündəlikdədir”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın