Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / MTK-lar insanlardan niyə nağd pul toplamalıdır?

MTK-lar insanlardan niyə nağd pul toplamalıdır?

Mənzil-Tikinti Kooperativlərinin (MTK) fəaliyyətinin şəffaflaşdırılması üçün onlara olan bütün ödənişlərin nağdsız aparılmasının təmin edilməsi vacibdir.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov öz Facebook səhifəsində yazıb.

O bildirib ki, qanunvericiliyə dəyişiklik edilməsi və MTK-lara nağdlı ödənişlərin qadağan olunmasına ehtiyac var.

“Əgər bu gün çox fərqli xidmətlər, hətta sığorta ödənişləri yalnız nağdsız aparılırsa, niyə MTK-lər insanlardan nağd pul toplamalıdırlar? Hər bir MTK-nın bank hesabı var və ödənişin də yalnız banklar vasitəsi ilə aparılması təmin edilməlidir. Nəticədə, bu onların tələb etdiyi haqların məbləğini müəyyənləşdirməyə və vergidən yayınmanın qarşısının alınmasına imkan yaratmaqla yanaşı, həm də onların fəaliyyətində şəffaflığın gücləndirilməsinə səbəb ola bilər.

Eyni zamanda, yeni qaydaların icrasına nəzarətin gücləndirilməsinə də ehtiyac var. Bu sahədə dəyişikliklərin olması və nəzarət mexanizminin təkmilləşdirilməsi vacibdir ki, MTK-lar vətəndaşlarından yüksək ödəniş tələb etməsinlər”, – V.Bayramov yazıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın