Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Kriminal / Milyonlarla maaş alan baş məşqçilər… – SİYAHI

Milyonlarla maaş alan baş məşqçilər… – SİYAHI

Dünya üzərində milyonlarla izləyicisi olan və idman növləri arasında ilk yeri tutan futbol… Futbol, ən məşhur idman növü olmasının yanında, eyni zamanda izlənməsi ən zövqlü, ən cazibədar idman növlərindən biridir. Dəstəklədiyiniz komanda nə qədər yaxşı olursa olsun, oyunçuların xərci nə qədər çox olursa olsun, komandanızın başındakı adam ağıllı bir baş məşqçi olmadıqdan sonra bunlar heç bir işə yaramaz.

Futbolçular milyonlar qazanırlar. Reklamlara çəkilir, ulduz olur, milyonların sevimlisinə çevrilirlər. Amma tək qazanan futbolçular deyil, biznesmenlər, klub rəhbərləri, reklam şirkətləri, telekanallar və s… Bunların sırasında olan və bu gün bəhs edəcəyimiz şəxslər baş məşqçilərdir.

Baş məşqçilər adlarını sadaladığımız digər şəxslərə, qurum və şirkətlərə nisbətdə daha az pul qazansalar da, onların da arasında milyonlar qazananlar var.

Musavat.com saytı futbol klubları üzrə dünyanın ən çox maaş alan baş məşqçilərinin siyahısını hazırlayıb:

1. Pep Quardiola – Manchester City (19.4 milyon dollar)

Əslində P.Quardiola haqqında çox şey deməyimizə ehtiyac yoxdur. “Barcelona” və “Bayern Munich”də əldə etdiyi müvəffəqiyyətlər onsuz da bütün sözlərə bərabərdir. P.Quardiola illik 19.4 milyon dollarlıq qazanır.

2. Jose Mourinyo – Manchester United (17.7 milyon dollar)

Bu yayın ən böyük transferləri yalnız futbolçular deyildi. Mourinyonun transferi də mətbuatda böyük əks-səda oyandırdı. Jose Mourinyo illik 17.7 milyon dollar qazanır.

3. Carlo Ancelotti – Bayern Munich (11.6 milyon dollar)

8 il boyunca “Milan”da qalan təcrübəli məşqçi artıq “Bayern Munich”i çalışdırır. Yəqin ki, 11.6 milyon dolların əvəzini verəcək.

4. Arsen Venger – Arsenal (10.7 milyon dollar)

10 ildir ki, “Arsenal”ın başında olan Venger, az qala komandanın simvoluna çevrilib. Bu mövsüm 10.7 milyon dollarlıq kontrakta imza atan Venger, “Arsenal”da olduğu illər içərisində komandası 1 dəfə Çempionlar Liqası kubokunun, 6 dəfə “FA Cup”ın və 6 dəfə “FA Community Shield’in qalibi olub. Bunun yanına 3 dəfə liqa çempionluğunu da əlavə etmək olar.

5. Zinəddin Zidan – Real Madrid (10 milyon dollar)

Zidan “Real”ın başına gəldiyi andan etibarən işlər dəyişməyə başladı. Çempionlar Liqası finalında digər Madrid klubu olan “Atletico”nu məğlub edərək Çempionlar Liqası kubokunu komandasına qazandırdı. Bu müvəffəqiyyətinin ardından, Çempionlar liqası çempionluğunu həm oyunçu, həm də baş məşqçi olaraq qazanan 7-ci şəxs oldu.

6. Yurgen Klopp – Liverpul (9 milyon dollar)

Klopp, 2008-ci ildə “Borussia Dortmund”un başına keçib. 7 il ərzində “Dortmund”un başında olan baş məşqçi, bu illər ərzində ən çox gənc və yetənəkləri futbolçuları ortaya çıxarması ilə yadda qalıb. Klubunu 3 dəfə Almaniya çempionu edən Klopp, “Borussia Dortmund”u 1 dəfə də Çempionlar Liqasının finalına çıxarıb.

7. Luis Enrike – Barcelona (9 milyon dollar)

1991-ci ildən 2001-ci ilə qədər İspaniya millisində oynayıb. Ölkəsi adına 12 qol qeyd edib. Klub olaraq isə “Barcelona” və “Real Madrid”də forma geyən Enrike, 2004-ci ildə professional futbol həyatına son verib. Sonra isə “Barcelona B” komandasını çalışdıran Enrike, 2 il sonra A komandasının başına keçməyi bacarıb. O, hazırda 1 il üçün 9 milyon dollar pul qazanır.

8. Antonio Konte – Chelsea (8.4 milyon dollar)

Kontenin “Juventus”la keçirdiyi müvəffəqiyyətli mövsümlərin ardından onun adı bir anda marka halına gəldi. “Juventus”dan ayrılmasının tək səbəbi isə İtaliya milli komandasının başına keçmək istəyi idi. O, Euro 2016-dan dərhal sonra “Chelsea” ilə anlaşdı.

9. Mauricio Pochettino – Tottenham Hotspur (7.1 milyon dollar)

Onun baş məşqçilik karyerasında “Espanyol” klubu olub. Daha sonra karyerasını İngiltərə liqasında davam etdirmək istəyən Pochettino, “Southampton”la anlaşıb. Bir il sonra isə indi başında olduğu “Tottenham” ilə illik 7.1 milyon dollara anlaşıb.

10. Rafael Benitez – Newcastle United (5.8 Milyon Dollar)

Benitez “Valencia”da müvəffəqiyyətli keçirdiyi bir mövsümün ardından 2004-ci ildə “Liverpul”a gəlib. 2015-ci ilin iyun ayında “Real Madrid”ə keçən baş məşqçi, 7 ay sonra komanda ilə yollarını ayırdı. Qovulmasının ardından təkrarən İngiltərəyə dönən Benitez, illik 5.8 milyon dollar maaş qarşılığında “Newcastle United”lə anlaşıb.

Musavat.com

Həmçinin oxuyun

Qorxunc “Ağdam bandası”nın işi: pula görə Rumiyəni də öldürüblər…

Uzun illər Rusiyada yaşayan Murad Məmmədov  Sankt Peterburqda bizneslə məşğul olan ağdamlılar arasında böyük nüfuza malik …

Bir cavab yazın