Çərşənbə , İyul 17 2019
Ana səhifə / Kriminal / Metroda gediş haqqı 50 qəpik olacaq? – RƏSMİ CAVAB

Metroda gediş haqqı 50 qəpik olacaq? – RƏSMİ CAVAB

“Hələlik qiymət artımı ilə bağlı tərəfimizdən heç bir müraciət olunmayıb”

Azərbaycanda Tarif Şurasının verdiyi qərara əsasən, elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik olub. Bu qərardan sonra ölkədə metroda gediş haqqının artacağı ilə bağlı söz-söhbət yaranıb. İddia olunur ki, sentyabr ayından etibarən gediş haqqı 40-50 qəpik civarında müəyyən olunacaq.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı baku.ws İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə əlaqə saxlayıb. Nazirlik rəsmisi bildirib ki, hazırda Tarif Şurasının gündəliyində metroda gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur.
Qeyd edək ki, Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də gediş haqqının artırılması məsələsinə münasibət bildirib. O qeyd edib ki, qiymətləri Tarif Şurası tənzimləyir və hələlik qiymət artımı ilə bağlı tərəfimizdən heç bir müraciət olunmayıb.

Həmçinin oxuyun

İki yük maşını toqquşdu – Daşlar yola töküldü + Video

Bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralında baş verən qəza yolda hərəkəti iflic edib. “Qafqazinfo”nun verdiyi …

Bir cavab yazın