Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Maşın bazarında son vəziyyət: Bahalaşma – Video

Maşın bazarında son vəziyyət: Bahalaşma – Video

Bazarda həm benzinlə, həm də dizellə işləyən avtomobillərin qiyməti artıb. Bununla yanaşı, son vaxtlar alıcı qıtlığı yaranıb.

Azinforum.az  Xəzər xəbər-ə istinadən bildirir ki, satıcılar Aİ-92 markalı yanacağın qiyməti qalxandan sonra dizellə işləyən avtomobillərə tələbat çoxaldığından, bu avtomobillərin qiymətinin artdığını bildirib.

Benzinlə işləyən maşınlar artıq çox alınmadığından qiymətin ucuzlaşacağı gözlənilsə də, əksinə olub. Bu avtomobillərin də qiyməti bahalaşıb.

Qiymət artımı həm xarici, həm də Rusiya isehsalı olan avtomobilərdə özünü göstərir.

Satıcılar benzinlə işləyən avtomobillərin qiymətinin qalxmasını müxtəlif səbəblərlə izah edirlər.

Satıcıların sözlərinə görə, qiymətdə yenidən artım və ya azalmasının olub-olmayacağı qarşıdakı həftələrdə bilinəcək.

 

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın